Operativ Qərargaha daxil olan məlumata əsasən mobil qrup reyd keçirdi
17 iyul 2020-ci l tarixində Qaradağ rayonunda fəaliyyət göstərən Operativ Qərargaha daxıl olmuş materiallara əsasən Lökbatan qəsəbəsində yerləşən döyüş zalında məşq edərək, karantin qaydalarına pozmuşdur. Vətəndaş Rzayev Ehtiram Tofiq oğlu Azərbaycan Respublikası ərazisində elan edilmiş xüsusi karantin rejimi müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 16.05.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri üzrə ictimai iaşə məkanlarında, eləcə də restoran, kafe və çay evlərində bütün müştərilərə yerində xidmət tamamilə dayandırılması və “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 03.07.2020-ci il tarixli qərarına əsasən xüsusi karantin rejimi müddətinin 20.07.2020-ci il tarixinədək uzadılması barədə qərarların tələblərinə zidd olaraq epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozub sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla döyüş zalında məşq etmək üçün fəaliyyət göstərməsi faktı öz təsdiqini tapmış və sahibkar Rzayev Ehtiram Tofiq oğlu İnzibati xətalar Məcəlləsinin 211.1maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün cərimələnmişdir.