Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibəti ilə aztəminatlı ailələrə yardım edilmişdir

16 mart 2013 | 11:00

15 mart 2013-cü il tarixində Novruz bayramı münasibəti ilə rayonun aztəminatlı ailələri ilə görüş keçirilmişdir.
        Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov və rayon ictimaiyyəti iştirak etmişlər.
        Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov görüşdə iştirak edən hər kəsi Novruz bayramı münasibəti ilə təbrik etmiş, bol ruzi və ailələrinə əmin-amanlıq arzulamışdır. Hər bayramda olduğu kimi bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu” tərəfindən rayonunun aztəminatlı ailələrə bayram payı göndərildiyini bildirərək, bunun bir daha ölkə başçısının diqqət və qayğısının təzahürü kimi vurğulamışdır.
Daha sonra görüş iştirakçıları adından çıxış edənlər şəhid ailəsi Nuridə Səfərova, Qarabağ müharibəsi əlilləri, veteran və şəhid ailələri ictimai birliyinin sədri Maqsud Heydərov və Qubadlı Rayon İcra Hakimiyyətinin Qaradağ rayonu üzrə nümayəndəsi Mübarək Yusifov hər zaman göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra hakimiyyətinə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 3800 aztəminatlı ailəyə rayon İcra hakimiyyəti tərəfində ərzaq yardımı verilmişdir.

Keçidlər