Ali Baş Komandan, əmrinizi gözləyirik!
Hörmətli cənab Prezident!
Bu günlərdə cəbhədə baş verənlər məni bir gənc olaraq çox təsirləndirdi. Yürütdüyünüz siyasətlə, uzaqgörənliyiniz və qətiyyətinizlə fəxr edirəm.
Bir liderdə, dövlət başçısında olması lazım olan bütün keyfiyyətlər Sizdə cəmləşib. Məhz buna görə də Ali Baş Komandanı olduğunuz Azərbaycanın Milli Ordusu düşmən təxribatının qarşısını vaxtında almağa nail oldu. Sizin yaratdığınız güclü və qüdrətli ordu düşmənə dövlət sərhədini bir addım belə keçməyə imkan vermədi. Düzdür, şəhidlərimiz var.
Boş yerə deməyiblər ki, “Torpaq uğrunda ölən varsa, Vətəndir”.
Bu gün bizim hər birimiz bir şəhid atasıyıq, bir şəhid anasıyıq, bir şəhid balasıyıq, torpağı düşmən tapdağında olan, yurd-yuvalarından didərgin düşmüş qarabağlı və ən nəhayət Ali Baş Komandanımızın “hücum” əmrini gözləyən Azərbaycan əsgəriyik.
Hörmətlə,
Akşin Hüseynov Fazil oğlu
Qarabağ qazisi,
"Qarabağ" döyüş növləri klubunun rəhbəri,
VKC Karate-Do Federasiyasının birinci vitse-prezidenti,
YAP Qaradağ rayon təşkilatının üzvü