Tezliklə qüdrətli Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda zəfər yürüşü keçirəcək
12-14 iyulda Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular şəhid olub.
Ölkədaxili nəzarəti itirmiş ermənistan hakimiyyəti təmas xəttində gərginlik yaratmaqla öz vətəndaşları üzərində basqı yaratmaq, səriştəsiz idarəetmə və bərbad beynəlxalq reytinqini ört - basdır etməyə çalışır. Düşmən bele təxribata 2016-cı ildə aprel ayında da əl atıb. Həmin döyüşlərdə Azərbaycan ordusunun tutarlı cavabı nəticəsində ermənistan cəmiyyəti sarsıntı və təşviş içində idi.
Aprel döyüşləri Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərib. Göstərdi ki, son illər ərzində cənab Prezident tərəfindən ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi nəticəsində, ordumuzun gücü və döyüş potensialı yüksək səviyyədədir. Əminik ki, son təxribatdan sonra da müasir, dağıdıcı qüvvəyə malik silah, döyüş texnikası və avadanlıqla təmin olunmuş Azərbaycan ordusunun qəhrəman əsgər və zabitləri düşmənə layiqli cavab verib.
Azərbaycanın regionda və dünyada artan nüfuzu, bu nüfuzun fonunda isə Beynəlxalq Təşkilatların daha da təkidlə və aydın şəkildə Ermənistanı işğalçı adlandırması heç şübhəsiz ki, vandal təxəyyüllü düşmənlərimizdə yeni qıcıqlar yaradıb və provokasiya təhrikini doğuran elementlərdən biri də məhz budur. İkincisi, pandemiya dövründə Paşinyan və onun hakimiyyəti həm siyasi, həm də iqisadi sahədə sözün gerçək anlamında çöküb. Belə olan halda isə Paşinyan düşünüb ki, cəbhə bölgəsində təxribat törətməklə ictimai fikri yayındırmaq olar. Amma yenə yanılıb. Növbəti dəfə Azərbaycan ordusunun gücünü hesablaya, proqnozlaşdıra bilməyib.
Ermənistanın koronavirusla mübarizədə daha bərbadlaşan daxili vəziyyəti, beynəlxalq arenada dəstəyinin olmaması, dəfələrlə rüsvay duruma düşməsi, Azərbaycanın dünya miqyasında artan nüfuzu işğalçı tərəfin çirkin əməllərinin, məkrli planlarının daha da qabartdı. İyulun 12-də baş verən proseslər də bir daha göstərdi ki, Azərbaycanın silahlı qüvvələri istənilən təxribatın qarşısını almağa qadirdir. Qısa müddətlik döyüşdə erməni hücumu nəinki dəf edildi, hətta yağı düşmənin yetərincə hərbi texnikası və canlı qüvvəsi məhv edildi. Düzdür, hələ ermənilər itkilərini etiraf etmirlər. Qeyri-rəsmi məlumatlara görə elə ancaq erməni ordusunun 30-dan çox əsgəri məhv edilib. Bu isə onların növbəti fiaskolarıdır. Təxribatın Dağlıq Qarabağ bölgəsinə aid olmayan ərazidə baş verməsi onun çirkin mahiyyətindən, erməni tərəfinin təmas xəttində süni gərginlik yaratmaq niyyətindən xəbər verir/
Ali Baş Komandanımızın müdrik rəhbərliyi altında Silahlı Qüvvələrimizin düşmənin istənilən təxribatına bundan sonra da layiqli cavab verəcəyinə, işğal altında olan torpaqlarımızı azad edəcəyinə inanırıq.
Nəriman Mürsəliyev
319 nömrəli tam orta məktəbin direktoru