Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel zəfəri yenidən təkrarlanacaq

14 iyul 2020 | 11:00

   "Ermənistan işğalçı mahiyyətindən əl çəkməkniyyətində deyil və təmas xəttində baş verənlər növbətivandalizm aktıdır". Bu sözləri SOSİUM.az-a açıqlamasında Qaradağ Gənclər Evinin direktoru Natiq İmanov söyləyib.
   Onun sözlərinə görə, hər zaman olduğu kimi bu dəfə də Azərbaycan ordusu düşmənə layiqli cavab verib və onları yerində oturdub:
   "Hər kəsə məlumdur ki, Ermənistan sosial problemlərməngənəsindədir. Hazrıki Baş nazir Nikol Paşinyanhakimiyyətə şirnikləndirici vədlərlə gəlsə də, heç bir iş görə bilmədi. Ermənistanda sosial-iqtisadi problemlərsürətlə artmağa başladı, erməni əhalisi çıxış yolunumühacirətə üz tutmaqda gördü. Həm Ermənistanındaxilindən, həm də xaricdə fəaliyyət göstərən ermənilobiisi tərəfindən Paşinyan rejiminə qarşı hücumlarartdı. O, başa düşür ki, bu gedişlə hakimiyyətini qoruyabilməyəcək. Bu səbəbdən təxribatçı və işğalçı siyasətə üstünlük verməklə, özünü gözləyən təhlükələrdənyayınmağa çalışır. Lakin onun bu həmləsi onsuz da ağır durumda olan Ermənistanın əleyhinə yönəldi və Azərbaycan ordusu düşmənə layiqli cavabını verdi".
   Qaradağ Gənclər Evinin direktoru beynəlxalq birliyin, ATƏT-in Mnisk Qrupunun susqunluğunu "xristian təəssübkeşliyi" amili ilə əlaqələndirir:
   "Bu gün bütün dünyada pandemiya elan olunub və hər gün onminlərlə insan bu infeksiyanın qurbanına çevrilir. Bütün şəhərlərdə həyat dayanıb, sosial izolyasiya tədbirləri gücləndirilib. Ümümdünya Səhiyyə Təşkilatı milyonlarla insanın koronavirus qurbanı olacağına dair proqnozlar verir. Belə bir şəraitdə işğalçı Paşinyan rejiminin atəşkəs rejimini pozması və ərazi iddiaları beynəlxalq hüquq və normativləri ayaqlar altına atmaq anlamına gəlir. Qarşılığında isə dünya birliyi baş verənlərə münasibətdə susqunluq nümayiş etdirir. Heç şübhəsiz bütün bunlar təsadüfi deyil və kökündə çox ciddi səbəblər dayanır. Əgər ATƏT-in Mnisk qrupu münaqişənin nizamlanmasına nail ola bilmirsə, bəyan etsin ki, biz bacarmırıq".
Natiq İmanov bildirir ki, Azərbaycan xalqı sözün həqiq mənasında ortaya həmrəylik nümunəsi qoydu:
   "Ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətlər ediblər. Bu bir daha göstərdi ki, xalqımız mübarizə əzmindədir və Ali Baş Komandanın əmrini gözləyirlər. Erməni tərəfi unudur ki, onlar sosial səfalətlə qarşı-qarşıya qaldığı dövrdə Azərbaycan ordusu güclənirdi. İndi onların nəinki özlərinin, arxasında dayanan qüvvələrin belə Azərbaycan ordusu ilə döyüş aparması müşkül məsələdir. Paşinyan ümid edirdi ki, bu yolla daxildəki narazılığı səngidə biləcək. Lakin o nəinki buna nail oldu, əksinə, daha rəzil duruma düşdü. Azərbaycan ordusu düşmənə öz yerini göstərdi və düşmən susduruldu. Baş verənlər əminliklə söyləməyə əsas verir ki, biz aprel zəfərini yenidən təkrar edəcək, Ermənistanı və arxasında dayanan məkrli qüvvələri növbəti dəfə peşman edəcəyik. Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan bir qarış torpağını da güzəştə gemətəyəcək".

​Natiq İmanov
Qaradağ Gənclər Evinin direktoru


 

Keçidlər