Şriftin ölçüsü :

Saytın rəngi :

Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılması böyük tarixi, siyasi əhəmiyyət malik hadisədir

14 iyul 2020 | 11:00

   Beynəlxalq miqyasda və ölkə daxilində dövlət səviyyəsində həyata keçirdiyi məqsədyönlü tədbirlərlə bir sırada Prezident cənab İlham Əliyev həm də pandemiya dövrünün tələblərinə ciddi surətdə əməl etməyin əsl nümunəsini göstərir.  Dünyanın 130-dan çox dövlətinin dəstəyi ilə Prezident cənab İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil edilməsi təşəbbüsü böyük tarixi, siyasi əhəmiyyət malik hadisədir. Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün 130-dan çox ölkə tərəfindən dəstəklənməsi ölkəmizə beynəlxalq aləmdə olan böyük etimadın və hörmətin bariz nümunəsi olmaqla yanaşı, dövlət başçımızın qlobal liderlik qabiliyyətinin daha bir göstəricisidir.          
  Prezident cənab İlham Əliyevin uğurlu daxili siyasi strategiyası ilə yanaşı, beynəlxalq aləmdə təşəbbüskarı və ölkəmizin təşkilatçısı olduğu bir sıra mühüm beynəlxalq tədbirlər, konfranslar dövlətimizin nüfuzunun artmasına, dünya birliyində öz layiqli yerini və rolunu daha da qorumasına əsaslı zəminlər yaradır. Bu cür hadisələr eyni zamanda dövlət başçısının şəxsi nüfuzunun və uzaqgörən diplomatiyasının dünya dövlətləri tərəfindən dəstəklənməsinin bariz nümunəsidir. Ölkə Prezidenti koronavirusla mübarizə şəraitində dünya dövlətlərinin qarşılıqlı əməkdaşlığı və həmrəyliyi vasitəsilə qlobal böhrana qarşı birgə mübarizə aparmağın nümunəsini göstərir. Türkdilli dövlət başçılarının və Qoşulmama Hərəkatı ölkələrinin, Ümumdünya Səhiyyə Təşkilatının rəhbərləri, Dünya Bankı rəsmilərinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən onlayn videokonfranslar beynəlxalq aləmdə böyük əks-səda doğurmuş, yüksək rəğbətlə qarşılanmışdır. Bütün bunlar həm ölkə daxilində, həm də beynəlxalq aləmdə pandemiya ilə mübarizə aparmağın Azərbaycan örnəkləridir.
  Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının xüsusi sessiyasının təşkil edilməsinə beynəlxalq birlik tərəfindən dəstək verilməsi müstəqil dövlətimizin həyatında çox əlamətdar hadisədir. Bu, müstəqillik dövrü Azərbaycan tarixinin ən mühüm nailiyyətlərindən biri, dövlətçiliyimizin və diplomatiyamızın real təntənəsidir. Bu, hər bir Azərbaycan vətəndaşı üçün sözün əsl mənasında qürurverici tarixi hadisədir.   
  Prezident İlham Əliyevin yeni təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər dövlətlər var. Bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident cənab İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Bu yüksək münasibət COVİD-19 qarşı mübarizədə yeni metod və üsulların tapılması ilə əlaqədar səyləri birləşdirməklə problemin mümkün həlli istiqamətlərinə də öz töhfəsini verə bilər. Dünyanı bürüyən Covid-19 pandemiyası insan həyatına ciddi təhlükələrlə yaratmaqla yanaşı, ölkələrin iqtisadiyyatlarına da çox ağır zərbələr vurur, dünyanı daha böyük təhlükələr və sınaqlarla üz-üzə qoyur.Təbii ki, bu pandemiya gözəgörünməz, sərhədtanımaz bir müharibə olaraq onunla mübarizə dünya dövlətlərinin və xalqlarının birliyini, həmrəyliyini mühüm və təxirəsalınmaz şərt kimi ortaya qoyur. Bu baxımdan bu pandemiya ilə mübarizədə dövlətlər həmrəyliklə, birgə mübarizə aparmalı və bir çox məsələlərdə mübadilə proqramları həyata keçirilməlidir. Dövlət başçısının pandemiya ilə mübarizəyə həsr olunmuş BMT Xüsusi Sessiyasının çağırılması təşəbbüsü və bu təşəbbüsün 130-dan çox ölkə tərəfindən dəstəklənməsi deyilən amala mühüm töhfə olmaqla yanaşı, mübarizə tədbirlərinin daha da səmərəli və operativ qurulmasına şərait yardacaq.   Bu mövzunun BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında müzakirəyə çıxarılması dünyada cərəyan edən bu böhranın nəticələrinin aradan qaldırılmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, dünya əhalisinin sağlamlığının qorunmasına xidmət edəcək, bu sahədə beynəlxalq inteqrasiyaya kömək edəcəkdir. Sessiya həm də bütün üzv ölkələrin problemin həlli istiqamətlərində səylərini birləşdirməklə Covid-19-a qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirməsinə mühüm töhfə olacaq, bəşəriyyətin bu bəladan qurtarılması işinə öz təsirini göstərəcəkdir.          
  İşğalçı Ermənistanın bu təşəbbüsün əleyhinə çıxdığını bildirərək dünyada daim sülhə, əmin-amanlığa təhdidlər yaradan bir dövlətin dünyanın böyük və ciddi fəlakətlərlə üz-üzə qaldığı bir məqamda bu cür əhəmiyyətli təşəbbüsə dəstək verməməsini məkrli niyyətin bir hissəsidir.     
  Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verməsi bu ölkənin iç üzünü və mahiyyətini bir daha açdı. Əslində pandemiyadan ən çox zərər çəkən ölkələrdən biri kimi Ermənistan BMT Baş Assambleyasının keçirilməsində maraqlı olmalıydı. Bu qərəzli yanaşmanın kökündə bu ölkədə hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür.     Prezident cənab İlham Əliyevin dünyada və ölkəmizdə göstərdiyi parlaq nümunə və Azərbaycan xalqının mənəvi məsuliyyəti koronavirusla mübarizədən qalib çıxmağın real düsturudur.       
  BMT tarixində 30 xüsusi sessiya keçirilib və 31-ci xüsusi sessiya məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilir. Bu çox mühüm tarixi və qürurverici bir hadisədir. Bu hadisə BMT tarixində Azərbaycanın adını əbədiləşdirəcək və daim ölkəmiz xüsusi olaraq qeyd ediləcək.
      

Ramiz Yusubov
        Yeni Azərbaycan Partiyasının        
Gənclər Birliyinin idarə heyətinin üzvi

Keçidlər