Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət və həyata keçirilən tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edir
Dövlətin iqtisadi potensialı və qüdrəti ilə yanaşı həm də milli səhiyyə sisteminin inkişaf səviyyəsi və tərəqqisi dövlətçiliyin mühüm meyarlarından biridir.
Azərbaycanın dövlət büdcəsinin ildən-ilə artımı səhiyyə sistemində insanların mənafeyinə xidmət edən islahatları inamla davam etdirmək imkanı yaradır. Hazırkı pandemiya dövründə dünyada gedən proseslər bizim ölkədən də yan keçməmişdir. Xəstəliyə yoluxmanın tempi yüksəlsə də vəziyyətin nəzarət altında olması tibb işçilərinin ağır işini yüngülləşdirir, sabaha nikbincəsinə baxmasına səbəb olur. Yeni növ koronavirusa qarşı mübarizədə Azərbaycandakı vəziyyət digər ölkələrlə müqayisədə daha stabil və nümunəvidir.Bunu ÜST-nın verdiyi rəylər də bir daha təsdiq edir.Bu nümunəviliyin əsas meyarını dövlətin öz vətəndaşına bəslədiyi münasibətdə görə bilərik.
Vətəndaşlarımızın dövlət hesabına ölkəyə gətirilməsi,gətirilən insanların karantində saxlanılması üçün yaradılan şərait dövlətin öz vətəndaşlarına göstərdiyi nümunəvi davranışdır.Bütün bunlarla bərabər yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq sərəncamı bütün xalqımız və xüsusən tibb işciləri tərəfindən böyük rəğbətlə qarşılanıb və vaxtında atılmış addım kimi yüksək qiymətləndirilir.Eyni zamanda kronavirusla mübarizə fondunun yaradılması, 800 çarpayılıq xəstəxananın istifadəyə verilməsi, yaxın zamanda 1300 çarpayılıq yeni modul tipli xəstəxananın istifadəyə verilməsi,modul tipli beş xəstəxananın fəaliyyətdə olması göstərirki pandemiya ilə mübarizə ən yüksək səviyyədə təşkil olunub. Amma bu o demək deyil ki, təhlükə sovuşub. Koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə ölkəmizdə bütün addımlar atılır.
Hər atılan addım vətəndaşlarımız sağlamlığının qorunmasına xidmət edir.Lakin hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına riayət etsin.Hər bir kəs belə çətin bir vəziyyətdə üzərinə düşən məsuliyyəti dərk etməli, qəbul olunan qaydalara, verilən tövsiyyələrə riayət etməlidir. Bir şəxsin məsuliy-yətsizliyi nəticəsində onlara insan təhlükə ilə üz-üzə qala bilər.Bu isə hər bir xəstənin hətta ölümlə üz-üzə qala biləcəyini ehtimal edir.
Bu gün biz Ermənistanla aşkar müharibə şəraitində olduğumuz kimi həm də ölkə daxilində “görünməz gizli düşmənlə” müharibə şəraitindəyik.Qonşu dövlətlə qarşıdurmada vətənin igid oğulları-əskərlər, virusla mübarizədə isə ölkənin bütün tibb işçiləri ön cəbhədə mübarizə aparırlar.
Hər iki cəbhədə “döyüşənlər” Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında irəliləmək və qələbə çalmaq əznindədirlər. Və bütün mübarizələrdə olduğu kimi ön və arxa cəbhə mövcuddur.Ön cəbhənin qələbəsi arxa cəbhəsiz mümkün deyil.
Ona görədə bu gün hər bir kəs koronavirusla mübarizədə özünü və ətrafdakıları qorumaqla həkimlərə, tibb işçilərinə kömək etməli bununla da dövlətmizin həyata keçirdiyi humanist, insanların sağlamlığının qorunmasına yönəlmiş tədbirləri dəstəkləməlidir.
Koronovirusla mübarizənin çətin imtahanlarının yaşatdığı indiki məsuliyyətli günlərdə Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasət, dövlət başçısı kimi göstərdiyi şəxsi nümunə hər bir vətəndaş üçün ibrətamiz bir örnək olmaqla bərabər, həm də ciddi bir çağırışdır.
Möhtərəm Cənab Prezidentin ilk gündən apardığı müdrik uzaqgörən siyasətinin nəticəsidir ki, Azərbaycan bu gün vəziyyətdən minimum ziyan görür.Ölkəmizin hər bir vətəndaşı dərk edirki, “Biz birlikdə güclüyük” çağırışı bizi bir xalq kimi güclü edir və daha sıx birləşdirir.
Cəmilə Xanmuradova
4 nömrəli Birləşmiş Uşaq
Xəstəxananın baş həkimi