Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayon prokurorluğunda icraata başlanıldı, Qaradağ rayon Məhkəməsinə göndərildi və məhkəmənin qərarı ilə vətəndaş C.Dilavarov 10 gün müddətinə həbs edildi

09 iyul 2020 | 11:00

   Qaradağ rayonunda fəaliyyət göstərən Operativ Qərargaha daxıl olmuş materiallara əsasən Müşfiqabad qəsəbəsində vətəndaş Cavanşir Dilavarov öz yaşadığı evin zirzəmisində karantin rejimini pozaraq qeyri-qanuni çayxana işlədirmiş. Bununla bağlı toplanmış materiallar 10 Polis Bölməsi tərəfindən Qaradağ Rayon Prokurorluğuna verilmişdir.
   Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 16, mənzil 1 ünvanında yaşayan 03.03.1973-cü il təvəllüdlü Dilavarov Cavanşir Rəşid oğlunun Azərbaycan Respublikası ərazisində elan edilmiş xüsusi karantin rejimi müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 16.05.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri üzrə ictimai iaşə məkanlarında, eləcə də restoran, kafe və çay evlərində bütün müştərilərə yerində xidmət tamamilə dayandırılması və “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 03.07.2020-ci il tarixli qərarına əsasən xüsusi karantin rejimi müddətinin 20.07.2020-ci il tarixinədək uzadılması barədə qərarların tələblərinə zidd olaraq epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozub sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yaşadığı evin zirzəmisində çayxana işlətməsi və karantin dövründə fəaliyyət göstərməsi faktı üzrə toplanmış material üzrə Qaradağ rayon prokurorluğunda İnzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında 08.07.2020-ci il tarixdə qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Qaradağ rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin qərar ilə Dilavarov Cavanşir Rəşid oğlu 10 gün müddətinə həbs edilmişdir.

Keçidlər