Qaradağ rayonunda fəaliyyət göstərən Operativ Qərargah tərəfindən yaradılmış 35 mobil qrup üzvləri koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin vəziyyəti ilə əlaqədar qəsəbələrdə reyd keçirdilər
08 iyul 2020-ci il tarixində Qaradağ rayonunda fəaliyyət göstərən Operativ Qərargah tərəfindən yaradılmış 35 mobil qrup üzvləri koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin vəziyyəti ilə əlaqədar növbəti dəfə olaraq rayonun müxtəlif ərazilərində olmuşdur.
Mobil qrup üzvləri küçə və meydanlarda, bankomat qarşısında, marketlərdə olub vətəndaşlarla, satıcılarla, nəqliyyat işçiləri ilə söhbət edib qayğı və problemləri, karantin rejimi qaydalarına əməl olunması vəziyyətinə baxış keçiriblər.
Sakinlərlə söhbət zamanı ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirus xəstəliyinin əhalinin sağlamlığına vura biləcək zərərin qarşısının alınmasından ötrü bütün zəruri tədbirlərin vaxtında görüldüyünü diqqətə çatdırmaqla bir daha hər bir vətəndaşa müəyyən edilmiş tələblərə ciddi şəkildə əməl etməsini, tibbi-mühafizə vasitələrindən, maska və əlcəklərdən müntəzəm istifadə olunmasını, vətəndaşlar arasında sosial məsafənin gözlənilməsini, əsasən, bankların və ticarət obyektlərinin qarşısında xüsusi işarələnmiş yerlərdə dayanıb növbə gözləməyin vacibliyini bir daha qeyd edilib. Tətbiq olunan karantinin, qarşıya qoyulan tələblərin yalnız əhalinin sağlamlığının qorunmasına və koronavirus pandemiyasının törədə biləcək faciəvi nəticələrini qabaqlamağa xidmət etdiyini ətraflı izah edərək sakinləri bütün bunlara riayət etməyə çağırış edilib.
Diqqətinizə çatdıraq ki, reyd 52-ya yaxın iaşə və ticarət obyektlərini əhatə etmiş, karantin qaydalarına riayət olunmasına, əlcək və maskalardan istifadə edilməsinə diqqət yetirilməsinin vacibliyi barədə vətəndaşlara və obyekt sahiblərinə məlumat verildi.
Rayonun Sahil qəsəbəsində polislərlə birgə keçirilən reyd zamanı E.Quliyev küçəsində yerləşən Rifah Supermarketdə marketin daxilində aşkarlanan 3 nəfər maskasız şəxs və Market sahibi polis tərəfindən müvafiq qanunvericiliyə əsasən cərimələndilər.