Karantin rejimində toy edən şəxs və toya gəlmiş qonaqlar cərimələndilər
Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərə əsasən toy məclislərinin təşkili və şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunmuşdur.
Qaradağ rayonunun Ələt qəsəbə nümayəndəliyinə 07.07.2020-ci il tarixində Ələt qəsəbə sakini Ayaz Həsən oğlu Rzayev oğluna toy məclisi keçirilmədən evinə gəlin gətirilməsinin planlaşdırıldığı məlumatı daxil olmuşdur. Daxil olan məlumat dərhal nəzarətə götürülmüş və Rzayevlər ailəsi ilə müvafiq söhbətlər aparılmışdır. Həmin ünvan gün ərzində yerli İcra hakimiyyəti orqanlarının nümayəndələri və polis əməkdaşları tərəfindən nəzarətdə saxlanılmış və müəyyən edilmişdir ki, həqiqətən heç bir geniş tərkibli və musiqili məclis təşkil olunmamışdır.
Lakin gecə saatlarında 10 nəfərdən artıq toplaşma olduğu üçün, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən polis əməkdaşları tərəfindən 13 nəfər vətəndaş polis bölməsinə aparılaraq qanunamüvafiq qaydada protokol yazılmış və cərimələnmişlər.