Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin vəziyyəti ilə əlaqədar qəsəbələrdə reyd keçirdi

07 iyul 2020 | 11:00

   07 iyul 2020-ci il tarixində Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və Qaradağ rayonunda fəaliyyət göstərən Operativ Qərargah tərəfindən yaradılmış 35 mobil qrupların üzvləri ilə birgə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin vəziyyəti ilə əlaqədar növbəti dəfə olaraq rayonun müxtəlif ərazilərində olmuşdur.
   Rayonun Sahil qəsəbəsində piyada gəzən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov küçə və meydanlarda, bankomat qarşısında, marketlərdə olub vətəndaşlarla, satıcılarla, nəqliyyat işçiləri ilə söhbət edib qayğı və problemləri, karantin rejimi qaydalarına əməl olunması vəziyyəti ilə yerindəcə maraqlanıb.
   Söhbət zamanı Süleyman Mikayılov ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirus xəstəliyinin əhalinin sağlamlığına vura biləcək zərərin qarşısının alınmasından ötrü bütün zəruri tədbirlərin vaxtında görüldüyünü diqqətə çatdırmaqla bir daha vətəndaşları müəyyən edilmiş tələblərə ciddi şəkildə əməl etmələrinin, tibbi-mühafizə vasitələrindən, maska və əlcəklərdən müntəzəm istifadə olunmasının, vətəndaşlar arasında sosial məsafənin gözlənilməsinin, əsasən, bankların və ticarət obyektlərinin  qarşısında xüsusi  işarələnmiş yerlərdə dayanıb növbə gözləməyin vacibliyini bir daha qeyd edib. İcra başçısı tətbiq olunan karantinin, qarşıya qoyulan tələblərin yalnız əhalinin sağlamlığının qorunmasına və koronavirus pandemiyasının törədə biləcək faciəvi nəticələrini qabaqlamağa xidmət etdiyini ətraflı izah edərək sakinləri bütün bunlara riayət etməyə çağırıb.
   Diqqətinizə çatdıraq ki, reyd 36-ya yaxın iaşə və ticarət obyektərini əhatə etmiş, karantın qaydalarına riayət olunmasına, əlcək və maskalardan istifadə edilməsinə diqqət yetirilməsinin vacibliyi barədə vətəndaşlara və obyekt sahiblərinə məlumat verildi.
   Keçirilən reyddə RİH başçısının çağırışını rəğbətlə qarşılayan sakinlər koronavirus pandemiyası ilə mübarizədə ölkə Prezidenti cənab İlham Əliyevin vaxtında qəbul etdiyi qərarları alqışladıqlarını, karantin dövründə həm dövlət tərəfindən,  həm də Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə göstərilən maddi və mənəvi qayğıya görə minnətdarlıq edib, karantin rejiminin tələblərinə bundan sonra da əməl edəcəklərinə söz veriblər.

Keçidlər