02 iyul – Polis işçilərinin peşə bayramı günüdür
Qaradağ Rayon İcra hakimiyyətində 02 iyul – Polis İşçilərinin Peşə Bayramı Günü münasibətilə videokonfrans keçirilmişdir. Videokonfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyətinin əməkdaşları iştirak etmişlər.
Videokonfransı giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov 02 iyul – Polis işçilərinin peşə bayramı münasibətilə bütün polis işçilərini təbrik etmişdir. Öz çıxışında Azərbaycan Polisinin uzun, tarixi və şərəfli bir yol keçdiyini vurğulayaraq Daxili İşlər orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd etmişdir. Bu gün də Hörmətli Prezidentimiz İlham Əliyev də polis işçilərinə həmişə diqqət və qayğıkeşliklə yanaşır. Bunun nəticəsidir ki, polis əməkdaşlarının əmək haqları xeyli artırılmış, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılmışdır. Bu da polislərimizdə məsuliyyət hissini artırır, daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir. Polislərimizin çəkdikləri zəhmətə və əziyyətə görə hər cür hörmətə layiq olduqlarını bildirmişdir.
Videokofransda iştirak edən Rayonun Hüquq mühafizə orqanlarının rəhbərləri çıxış edərək, 02 iyul – Polis işçilərinin peşə bayramı münasibətilə bütün polis işçilərini təbrik edərək, polis əməkdaşlarına bu çətin bir dövrdə işlərində uğurlar, möhkəm can sağlığı diləmişlər.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov bu şərəfli işdə əməyi olan hər bir polis işçisinə cansağlığı və peşə uğurları arzulamış və əməkdə fərqlənən polis işçilərinin Fəxri Fərmanla təltif olunması barədə sərəncam səslənmişdir.