Şriftin ölçüsü :

Saytın rəngi :

ORDUM VAR YURDUM VAR.

26 iyun 2020 | 11:00

    Azərbaycan Silahlı qüvvələri 1918-ci ildə yarafılmışdı AXC öz dövlətçiliyini elan etdikdən sonra Tiflisdən Gəncəyə köçdü. O vaxt AXC-nin ordusu yox idi. Təcili olaraq Xosrov bəy Sultanovun rəhbərliyi altında Qarabağ General qubernatorluğu yaradıldı. Bu AXC-nin ən vacib addımı idi. Sonra 1918-ci ilin iyun ayında ordu quruculuğuna bağlı hökumətin göstərişilə Səməd bəy Mehmandarov və Ə. Şıxlinski tez bir zamanda yaşı 18-dən 24-ə olan azərbaycanlı gənclərdən 30 min piyada 10 min süvari ordu yaradıldı. Bunlar böyük işlər gördülər. O vaxtlar Bakı şəhəri daşnak və bolşeviklərin əlində idi. AXC ordusu qardaş Türkiyədən köməyə gələn Nuru Paşanın qüvvələrilə birləşərək Qarabağda, Göyçayda ,Şamaxıda və digər yerlərdə erməni daşnaklarını darmadağın etdilər. 1918-ci ilin sentyabrın 15-də Bakını daşnak və bolşeviklərdən azad etdilər və AXC Gəncədən Bakıya köçdü. Bu çox vacib iş idi.


   Bu gündə Azərbaycan xalqı əcdadların hərbi ənənələrini davam etdirir. Ordumuz döyüş ruhunu yüksəldir bu fakdıt. Tomrisdən, Uzun Həsəndən, Şah İsmayıl Xətaidən müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev Kiyevdən bəhrələnən Azərbaycan gəncləri bu gün hərbi vətənpərvər ruhda təlim tərbiyə alır. Orta məktəblərdə hərbi hazırlıq dərsləri tədris olunur. Əyani vəsaitlər, hərbi hissədə görüşlər şagirdlərimizi hərbi vətənpərvərlik ruhda böyüməsində müsbət təsir göstərir.
   Ümumtəhsil məktəbləri arasında keçirilən Şahin hərbi idman yarışları şagitdlərdə hərbi vətənpərvərliyi dahada ön plana çəkir. Azərbaycan Silahlı qüvvələri düşmənə qarşı keçirdiyi əməliyyatlar şagirdlərimizi həvəsləndirir Horadiz aprel döyüşlərində əsgər və zabitlərimizin göstərdikləri qəhrənanlıqlar bir daha orduda xidmət etməyə həvəsləndirir. Bu işlərin əlbəttə Azərbaycan Respublikası Silahlı qüvvələri Ali Baş Komandan Cənab İlham Əliyevin orduya diqqət və qayğısı nəticəsində yaranmışdır. O cümlədən 180 N-li tam orta məktəbdə hərbi vətənpərvərlik günün tələbləri səviyyəsində aparılır. Şagirlərimiz Hərbi xidmət keçməyə hazırdı.

MALİK QASIMOV  180 N-Lİ məktəbin
Çağrışaqədərki hazırlığının rəhbəri
MÜHARİBƏ VETERANI

 

Keçidlər