Qızıldaş qəsəbəsində səyyar görüş
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun Qızıldaş qəsəbə sakinləri ilə 28 fevral 2013-cü il növbəti səyyar görüş keçirilmişdir.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Keçirilmiş səyyar qəbulda 150-ə yaxın qəsəbədə sakinləri iştirak etmişdir. İştirak edən sakinlərin 15 nəfəri fərdi qaydada dinlənilmişdir.
Qəsəbə sakinləri qəsəbədə aparılan quruculuq işlərindən razılıqlarını bildirmiş, ölkə rəhbərliyinə rayona daimi diqqəti və qayğısına görə öz təşəkkürlərinə bildirmişlər.
Qəsəbə ağsaqqalları Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılova qəsəbənin mövcud problemlərini bildirmiş, qəsəbənin sosial-iqtisadi inkişafı üçün öz təkliflərini vermişlər. Belə ki, qəsəbə sakinlərini ən çox narahat edən problemlər arasında qəsəbə daxili yolların asfaltlaşdırılması, çoxmərtəbəli yaşayış binalarının dam örtüklərinin təmiri, giriş qəfəslərində işıqlandırma sisteminin olmaması, qəsəbədə uşaq bağçasının, mədəniyyət evinin, stadionun tikintisi, qəsəbənin ümumi kanalizasiya sisteminin yenidənqurulması, fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin ayrılmasıdır.
Qəsəbə sakinlərini dinləyən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının cənab Süleyman Mikayılov sakinlərin problemlərini dinləmiş, onların müraciətlərində qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti rayon idarə rəhbərinə müvafiq tapşırıqlar vermişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının cənab Süleyman Mikayılov Respublika Prezidentinin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində qəsəbə ərazisində görülən işlərin sürətlə qəsəbənin inkişafına təkan olduğundan, rayonun inzibati ərazisində tikilən sənaye obyektlərinin qəsəbənin işsizlik probleminin aradan qaldırılmasında xüsusi rolunun olduğunu bildirmişdir. Cənab Süleyman Mikayılov bildirmişdir ki, bu proqramın icrası nəticəsində yaxın zamanlarda qəsəbədə uşaq bağçasının və mədəniyyət evinin tikintisinə başlanacaqdır. Bu proqram haqqında bir daha ətraflı məlumat verərək başçı rayon sakinlərinə yaxın vaxtlarda görüləcək işlər barəsində ətraflı danışmışdır.