Ulu bir sərkərdə, ulu bir öndər
15 iyun - Azerbaycanin Milli Qurtuluş günü olaraq ölkəmizin tarixinə qızıl həfrlərlə həkk olundu.
Hər birimizə yaxşı bəllidir ki, biz o günlərə nəzər saldıqda, görürük ki, Azərbaycan 1991-ci ilin oktyabrında müstəqillik əldə etsə də, ölkəmizdə vətəndaş müharibəsi və Azərbaycan dövlətinin parçalanma təhlükəsi var idi. Ölkədə özbaşınalıq baş alıb gedirdi. Tez-tez baş verən hakimiyyət dəyişiklikləri, 1992-ci ildə hakimiyyətə gəlmiş AXC - Müsavat cütlüyünün siyasi savadsızlığı, idarəetmə bacarığının olmaması, yeni yaranmış Azərbaycan ordusuna vahid komandanlıq tərəfindən rəhbərlik edilməməsi nəticəsində bir-birinin ardınca bir necə rayonumuzun Ermənistanın işğalçı ordusu tərəfindən zəbt olundu. Bu da ölkədə vəziyyəti daha da ağırlaşdırmışdı. Ölkədəki yaranmış bu vəziyyətdən istifadə edən xəyanətkar, separatçı qüvvələr tərəfindən 1993-cü il iyunun əvvəllərində Gəncədə qiyam qaldırılmış və bu qiyamın dalğaları Bakı şəhərinə doğru irəliləməkdə davam edirdi.
Belə bir ağır dövrdə Azərbaycan dövlətini və xalqını düşdüyü çətin vəziyyətdən xilas edə bilən, Azərbaycan dövlətinin müstəqilliyini qoruya biləcək bir lider, ağıllı siyasətçiyə ehtiyac var idi.
Dövlətin gələcək taleyinə biganə qalmayan böyük siyasətçi Heydər Əliyev xalqın təkidi ilə 1993-cü ilin 9 iyununda Bakıya dönərək yaranmış hakimiyyət böhranını aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı.
15 iyunda parlament üzvləri xalqın istəyini nəzərə alaraq Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməsinə razılıq verdilər.
Bu tarixi hadisə ölkədə yeni mərhələnin başlanğıcına çevrildi və Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasət böyük dövlətlərin illərlə edə bilmədiyi nailiyyətlərə Azərbaycanın qısa bir zamanda nail olmasına gətirib çıxartdı, Azərbaycanı dünyaya tanıtdı.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi xətti uğurla davam etdirməsi Azərbaycanın gələcəyinin işıqlı və firavan olmasından xəbər verir.
Ulu Öndərin siyasi varisi prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan günü-gündən inkişaf edir, modernləşir, beynəlxalq miqyasda nüfuzu artan dövlətə çevrilir. Bu gün biz inanırıq və xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələri fəth edəcəkdir.
Bu bayram gününə yaradıcı insanlarımız şeirlər, musiqilər, mahnılar həsr etdilər, rəssamlar Ulu Öndərin portretlərini yaratdı. Bu günə həsr olunmuş şair Qabil Ədalətin şeirini xatırlatmaq istərdim:
Gəlişinlə qurtulubdur bu vətən,
Sən oldun bu xalqa ümid və güvən.
Sən oldun dar gündə köməyə yetən,
Ulu bir sərkərdə, ulu bir öndər.
Ucaltdı hər yerdə bayrağımızı,
Yazdı tarixlərə ad - sanımızı.
Tanıtdı dünyada varlığımızı,
Ulu bir sərkərdə, ulu bir öndər.
Hara baxırsansa nişanələri,
Özündən sonrakı abidələri.
Bizləri tərk etmir xatirələri
Ulu bir sərkərdə, ulu bir öndər.
Heydər adı dastanlara çevrildi,
Onun qüdrətini yer üzü bildi.
Allah onu yurdumuza yetirdi,
Ulu bir sərkərdə, ulu bir öndər.
Zəhmətiylə dirçəltdi yurdunu,
Gücləndirdi yenilməyən ordunu.
Ödəyibdir min rəhbərin borcunu,
Ulu bir sərkədə, ulu bir öndər
Bu idi məqsədi vətən ucalsın,
Oğulları düşmənləri dağlasın.
Analar gözünü sevinc ağlatsın,
Ulu bir sərkərdə, ulu bir öndər.
Əlindən gələni xalqına etdi,
Ağ günə çıxarıb dünyadan getdi.
Qomadı desinlər yolunuz bitdi,
Ulu bir sərkərdə, ulu bir öndər.
Özündən sonra bir davamçı qoydu,
Onunda bu yolu Heydər yoludu.
Haqqa qovuşsada xalqın düşünər,
Ulu bir sərkərdə, ulu bir öndər.
Quliyev Taleh Əliyar oğlu,
Bakı şəhəri Neftçi Qurban adına
288 nömrəli tam orta məktəbin direktoru