Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdəki Covid 19 pandemiyası ilə mübarizəyə dəstək” mövzusunda rayon ziyalıları ilə videokonfrans keçirilmişdir

11 iyun 2020 | 11:00

   Videokonfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, icra hakimiyyətinin əməkdaşları, rayonun ziyalıları, həkimlər, müəllimlər və gənclər iştirak etmişdir.
    Videokonfransı cənab Süleyman Mikayılov açmış, çıxışında bildirmişdir ki, 09 iyun 2020-ci ildə Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev və Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh qəsəbəsində yerləşən 28 saylı Birləşmiş Şəhər xəstəxanasının nəzdində yaradılmış modul tipli yeni xəstəxananın açılış mərasimində iştirak etmişlər. Tibb işçiləri qarşısında Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev geniş nitq söyləmişdir.
   Cənab Prezident qeyd etmişdir ki, dövlətin əsas vəzifəsi pandemiyadan ən az itkilərlə çıxmaqdır. 20-dən artıq xəstəxana, 30-a yaxın laboratoriya bu xəstələrin ixtiyarındadır. 350 mindən artıq test edilmişdir. 10 modul tipli xəstəxanadan artıq 4-ü açılmışdır. Əlavə 2000 çarpayılıq ehtiyat yerimiz vardır. ÜST Azərbaycanı Covidlə mübarizədə nümunəvi ölkə adlandırmışdir. Azərbaycan bu sahədə 29 ölkəyə humanitar yardım göstərmişdir.
   Daha sonra Süleyman Mikayılov nitqində Covid-19-la mübarizədə dövlət tərəfindən görülmüş, vətəndaşlarımızın sağlamlığının qorunmasına istiqamətlənmiş çoxşaxəli tədbirlərdən danışmış, bu işdə öndə olan, həyatlarını təhlükəyə atan həkimlərə təşəkkür etmiş, vətəndaşlarımıza dövlətin atdığı addımlara dəstək olduğu üçün minnətdarlığını bildirmişdir.
   O, qeyd etmişdir ki, pandemiya ilə mübarizə ümummilli iş olduğuna görə dövlətimizə, dövlət başçımıza dəstək hər bir vətəndaşın borcudur.  Bu işlərdə rayonumuzda çalışan həkimlərimizin, ziyalılarımızın aktiv iştirak etdiklərini bildirmiş və səylərini daha da artırmağı tövsiyə etmişdir. 
   Videokonfransda 15 nömrəli TTTS-nın müdiri İlqar Mirzəyev, Gigiyena və Epidemiologiya mərkəzinin direktoru Oqtay Hüseynov, Gigiyena və Epidemiologiya mərkəzinin epidemioloqu Fəxriyyə Qəmbərova, Qaradağ Gənclər Evinin direktoru Natiq İmanov, 166 nömrəli məktəbin direktoru Şəmsi Qocayev, 302 nömrəli məktəbin direktoru Səkinə Rzayeva və digərləri çıxış edərək, pandemiya əleyhinə ölkədə aparılan işləri təqdir etdiklərini, cənab Prezidentin atdığı addımları yüksək qiymətləndirdiklərini və hər bir vətəndaşın dövlətin apardığı siyasətə dəstək olduğunu qeyd etmişlər.
   Rayon ziyalıları Covid-19-la mübarizədə təbliğat və maarifləndirmə işlərilə bağlı öz təkliflərini səsləndirmişlər.
  Sonda cənab Süleyman Mikayılov hər bir iştirakçıya indiyədək göstərdikləri fəaliyyətə görə təşəkkür etdi və cəmiyyətin bütün təbəqələrinə ziyalı sözünün təsir edəcəyini nəzərə alaraq, pandemiya bitənədək xeyirxah işlərində uğurlar arzuladı.

Keçidlər