Şriftin ölçüsü :

Saytın rəngi :

Karantin rejiminin sərtləşdirilməsi vətəndaşların sağlamlığının və həyatının qorunması məqsədi daşıyır

06 iyun 2020 | 11:00

   Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz  bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır. Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır. 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).
   Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.
   Həftə sonları tam qapanma Bakı, Sumqayıt, Gəncə, şəhərlərinin və Abşeron rayonunun ərazisində olduğu kimi Lənkəran rayonunda da vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Belə ki,  qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, rayonda  ərzaq ehtiyatının kifayət qədər, həmçinin apteklərdə maskaların və tibbi spirtin olması yerli sakinlər üçün  heç bir narahatçılığ yaratmır. Bununla yanaşı rayonda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.
  Müvafiq qurumların rəhbərləri və işçiləri arasında sosial məsafəni gözləmək şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi barədə təbliğat izahat işləri aparılmış və mövcud tələbləri pozan vəzifəli şəxslərin və eləcə də  işçilərin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə  cəlb olunacaqları barədə ciddi xəbərdarlıqlar edilmişdir.
  Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməldir.

Keçidlər