Şriftin ölçüsü :

Saytın rəngi :

Gizli qəhrəmanlar

04 iyun 2020 | 11:00

   Dünyanı cənginə alan “Koronavirus (COVİD 19)” pandemiyasının başlandığı, alovlandığı və davam etməkdə olduğu bu dövrlərdə xalqın sağlamlığının və təhlükəsizliyinin təmin olunması naminə bir sıra insanlar öz həyatlarını riskə ataraq xalqa xidmət göstərməsi ilə fərqləndi və bu gün də dayanmadan öz işlərinə davam edirlər. Biz onların bir qismini tanısaq da, təəssüf ki, bir qismini hələ tanımırıq.
   Məhz bu dövrdə KİV-lərdə tez-tez adları çəkilən “görünən və görünməyən qəhrəmanlar” biz-vətəndaşların bu sıxıntılı dövrü istər maddi, istərsə də mənəvi anlamda fəsadsız geridə buraxmağımız üçün əllərindən gələni etdilər, bu dövrün uzun və yorucu olmasına baxmayaraq, hal-hazırda da onlar fasiləsiz olaraq, öz fəaliyyətlərinə davam edirlər.


   Sözsüz ki, bu təhlükəli dövrün nəzarət altına alınmasında səhiyyə və polis işçilərinin yüksək səviyyəli, fasiləsiz fəaliyyəti danılmazdır. Qeyd edim ki, onlar qədər tanınmayan, lakin xalqa xidmət üçün gecə-gündüz səy göstərən peşə sahibləri vardır. Bu dövrdə həyati əhəmiyyətli hesab olunduğundan fəaliyyətinə icazə verilən bir çox dövlət orqanının və özəl sektorun əməkdaşlarının gördüyü işlər həqiqətən təqdirəlayiqdir. Elə bu sahələrdən biri hesab olunan şəhər və rayon Mənzil-Kommunal Təsərrüfat Birliklərinin, eləcə də Qaradağ rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin əməkdaşları - xüsusən də ölkəmizin saysız-hesabsız magistral yollarının, səkilərin, parklar və istirahət məkanlarının, eləcə də, uşaqların istirahəti üçün nəzərdə tutulmuş meydançaların, ictimai iaşə obyektlərinin, digər obyekt və məkanlarının dezinfeksiya olunmasında, yorulmadan iştirak edən şəxslər - hesab edərdim ki, onlar bizim adıçəkilən dövr üçün görünməyən və ya başqa sözlə desək, gizli qəhrəmanlarımıza çevrilə bildilər.
    Onlar hava şəraitindən və günün saatından asılı olmadan, xalqın qayğısını öz ailəsinin qayğısı kimi görərək bizim görməyə alışmadığımız və gördükdə bizi həyəcanlandıran ağ geyimlərin içərisində, öz silahları ilə dünyanın qabaqcıl ölkələrinin belə öhdəsindən gələ bilmədiyi virusla layiqincə mübarizə aparmağı bacardılar və hal-hazırda da bu işin öhdəsindən gəlməkdədirlər. Onlar gündəlik 
     Bütün bu sadalananlara əsaslanaraq biz-vətəndaşlar çox istərdik ki, KİV-lərdə, və pandemiya ilə mübarizə barədə hazırlanan məqalələrdə, eyni zamanda, televiziya proqramlarında bu qəhrəmanların da fəaliyyətinin təsvirinə xüsusi yer ayrılsın.
    İnanırıq ki, bizim digər qəhrəmanlarımız kimi, haqqında danışdığımız gizli qəhrəmanlarımızın da fəaliyyəti nəticəsiz qalmayacaq. Biz bütöv bir xalq olaraq ölkə miqyasında, bir insan olaraq isə dünya miqyasında pandemiyaya birlikdə qalib gələcəyik.
    Mən xalqımıza səslənərək, bu dövr üçün bir az səbirli olmağa səslənirəm. Bu gün ölkə rəhbəri cənab İlham Əliyev Tərtər və Ağcabədi şəhərlərində səfərdə olarkən, istifadəyə verilən hər bir müəssisədə, hər bir görüşdə biz vətəndaşlar üçün şəxsi nümunə oldu. Dövlət başçısı maskadan istifadə etdi.
    Mən sadə vətəndaşlara səslənərək, bu ağır pandemiya dövründə ölkə rəhbərinə dəstək, bizim görünən və görünməyən qəhrəmanlarımıza kömək olmalıyıq. Biz koronovirus infeksiyasının yayılmamasının qarşısını almaq məqsədi ilə Operativ Qərargahın tələblərinə riayət etməliyik. Bu məsələ günün tələbi, Azərbaycan əhalisinin sağlam gələcəyi üçün əsas şərtdir. Hər bir sadə vətəndaş öz borcunu layiqincə yerinə yetirməlidir

 

Gülər Quliyeva,
magistr.

Lökbatan qəsəbə sakini

 

 

Keçidlər