Şriftin ölçüsü :

Saytın rəngi :

Hər bir vətəndaş Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir

04 iyun 2020 | 11:00

   Ölkə rəhbəri cənab İlham Əliyev Tərtər və Ağcəbədi rayonlarında səfərdə olarkən dünyanı cənginə alan Koronavirus (COVİD-19) pandemiyasının başlandığı, alovlandığı və davam etməkdə olduğu bu dövrdə xalqın sağlamlığının və təhlükəsizliyinin təmin olunması naminə hər bir vətəndaşa şəxsi nümunə göstərdi.
  Belə ki, dövlət başçısı Tərtərdə Dövlət Rəmzləri Muzeyinin, Tərtər Olimpiya İdman Kompleksinin açılışlarında, “Tərtər” elektrik yarımstansiyasının yenidənqurmadan sonra istifadəyə verilməsində,  Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsində,  Ağcabədidə “ASAN xidmət” mərkəzinin açılışında, Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı zavodu istifadəyə verilməsində,  “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışında,  110/35/10 kilovoltluq “Ağcabədi-2” elektrik yarımstansiyasının yenidənqurmadan sonra istifadəyə verilməsi tədbirlərində iştirak edərkən maskadan istifadə etdi.
  Bu hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir.

Keçidlər