Operativ Qərargah: "Vətəndaşlar həftəsonları üçün ərzaqlarını əvvəlcədən alsınlar və evdən çölə çıxmasınlar"
Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır. Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır.
Həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığın olmamasına xidmət edir.
Qaradağ rayon sakinlərinə müraciət edərək, Operativ Qərargahın çağırışına "Vətəndaşlar həftəsonları üçün ərzaqlarını əvvəlcədən alsınlar və evdən çölə çıxmasınlar" çağırışına əməl etməyinizi xahiş edirik.
Vətəndaşların nəzərinə çatdırırıq ki, "Dövlət müəssisələrində cümə günlərində iş saatlarının qısaldılması nəzərdə tutulub". Bununla əlaqədar müraciətlərinizi evdən çıxmadan, online edə bilərsiniz