Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

01 iyun 2020 | 11:00

   Uşaqlar bəşəriyyətin sabahı, bizim gələcəyimizdir. Bütün bəşəriyyət malik olduqlarının ən yaxşısını uşaqlara verməyə borcludur.
   Hər bir dövlət, hər bir cəmiyyət gələcəyimiz olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edir. Bu gün müstəqil Azərbaycan dövləti də bu mühüm məsələyə çox böyük qayğı ilə yanaşır. Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycanın birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.
   1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü Heydər Əliyev Fondu tərəfindən Qaradağ rayonunda yaşayan aztəminatlı ailələrin uşaqları ilə evlərində görüşlər keçirilmiş və uşaqlara bayram hədiyyələri təqdim olunmuşdur.

Keçidlər