Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə sahəsində iri ticarət mərkəzlərində monitorinqin keçirilmişdir

01 iyun 2020 | 11:00

   01 iyun 2020-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu ərazisində iri ticarət mərkəzləri olan Binə, Sədərək, Meyvəli, Bazarstore, Kingsmart və Sahil TM-də koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə sahəsində qəbul olunmuş qaydaların icrasının təmin edilməsinin yoxlanılması məqsədi ilə Qaradağ Rayon İcra Hakimiyyətinin monitorinq qrupları tərəfindən yerlərdə baxış keçirilmişdir.


   Keçirilmiş baxış zamanı əsas diqqət fəaliyyət göstərən TM-nin girişlərdə xüsusi ayrılmış sahədə daxil olan vətəndaşların məsafədən termometriyasının aparılması, tibbi maskalardan istifadə, apteklərdə tibbi maskaların satışının mövcudluğu, xüsusi tibb məntəqələrinin ayrılması və tibbi personalın müvafiq təlim keçməsi, havalandırma sistemlərinin işlək olması, sabun və su əl yuma stansiyaları mövcud olmayan yerlərdə alkoqol əsaslı dezinfeksiya dispenserlərinin quraşdırılması və saxlanması, iş saatlarında dezinfeksiya tədbirlərinin mütəmadi həyata keçirilməsi, qeyri-iş saatlarında tam dezinfeksiya tədbirlərinin görülməsi, mütəmadi gigiyena qaydaları ilə bağlı səsli anonsların verilməsi, mütəmadi olaraq maarifləndirici video çarxların nümayiş etdirilməsi, giriş və çıxışlarda Covid-19 üzrə məsləhətləri ilə bağlı panoların vurulması, kassa qarşısında və ya digər yerlərdə növbələrin vətəndaşlar arasında iki metrlik məsafə saxlanılmaqla təşkil edilməsi, bütün əməkdaşlarının COVİD-19 virusunun profilaktikası barədə mütəmadi olaraq məlumatlandırılması, əməkdaşların mütəmadi olaraq tibbi müayinədən keçirilməsi məsələlərinə diqqət yetirilmişdir. Aşkar olunmuş çatışmazlıqlar barədə Ticarət Mərkəzinin rəhbərliyi məlumatlandırılmışdır.
  Bütün TM rəhbərliyi öz fəaliyyətlərini onlara əvvəlcədən göndərilmiş “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronovirus infeksiyasının (COVİD-19) profilaktikasına dair Metodik Vəsait”ə əsasən qurmuşlar.

Keçidlər