Biz birlikdə güclüyük...
Dünyanı cənginə almış yeni növ koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə çərçivəsində ölkə prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə sistemli və düşünülmüş tədbirlər həyata keçirilməkdədir. Əhalinin həssas təbəqəsinə aid olan ailələrə maddi və mənəvi dəstək göstərilməsi istiqamətində dövlət tərəfindən müvafiq işlər uğurla icra olunur.
Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti sosial aksiyaları gündəlik davam etdirir.
Müqəddəs Ramazan Bayramı münasibəti ilə Qaradağ Gənclər evi və Gənclər İdman İdarəsi Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən sosial aksiya qoşularaq aztəminatlı ailələrlə görüşüb və onlara Bayram sovqatı paylayıb.