Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə antiböhran tədbirləri davam etdirilir.

24 may 2020 | 11:00

   Koronavirus (СOVID 19) pandemiyas; dövründə tətbiq edilən karantin rejimi başlanandan koronavirusdan əziyyət çəkən insanlara hərtərəfli köməklik göstərilməsi dövlətin dəstək proqramlarının başlıca istiqamətlərindən birinə çevrilmişdir.
   Bu müddət ərzində müxtəlif sahələr, o cümlədən sahibkarlıq subyektlərində çalışan on minlərlə insana ayrılan maliyyə paketi, qeyri-formal fəaliyyət göstərənlər, cari ilin aprel-may ayları ərzində işsiz insanlara minimum ehtiyac meyarı həcmində 190 manat məbləğində pul vəsaitinin ödənilməsi, eyni zamanda Heydər Əliyev Fondu, müxtəlif dövlət qurumları və imkanlı şəxslər tərəfindən 65 yaşdan yuxarı tənha yaşayan insanlara ərzaq sovqatlarının çatdırılması dövlətin sosial siyasətinin əyani göstəricisi olmaqla, koronavirusa yoluxma riskinin kütləvi hala çevrilməməsinə səbəb olmuşdur.
   İqtisadi imkanları baxımından dünyanın daha çox inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycan koronavirus pandemiyası ilə bağlı mübarizə tədbirlərinin keçirilməsi üçün ayırdığı vəsaitlərin həcminə görə dünyanın bir çox ölkələrini üstələmiş, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının hesabına böyük məbləğdə maliyyə vəsaiti köçürməklə dünya birliyinin layiqli üzvü olduğunu bir daha nümayiş etdirmişdir.
  Qaradağ rayonunda əmək qabiliyyətli əhalinin böyük bir hissəsi özəl sektorda çalışır. Bu bölmədə çalışanların heç də hamısı rəsmi məşğulluğa cəlb olunmayıb. Onların əksəriyyəti dövlət tərəfindən az məbləğdə ödənişlərlə təmin edilib. Yerlərdə fəallar tərəfindən ölkə Prezidentinin etdiyi çağırışlara uyğun olaraq onların əmək müqaviləsinə cəlb olunması məqsədilə sahibkarlarla izahat işləri aparılır, müvafiq tövsiyələr verilir.
   İşsiz şəxslərin ərazi məşğulluq proqramında nəzərdə tutulan tədbirlərə cəlb edilməsi və onların sosial müdafiəsinin daha da gücləndirilməsi üçün ardıcıl tədbirlər görülməklə, qayğıya ehtiyacı olan  təbəqəyə ardıcıl olaraq yardımlar göstərilir.
Beləliklə “kölgə” iqtisadiyyatından “ağ” iqtisadiyyata keçid günün tələbi olmaqla, dövlətin iqtisadi siyasətində vacib istiqamətə çevrilərək onun dayanıqlı inkişafına xidmət etməkdədir.

Keçidlər