Qayğıkeş dövlət rəhbəri
Artıq bir müddətdir bütün dünya COVİD-19 virusunun yaratdığı dərin böhran və çətinliklərlə üz-üzədir. Qısa bir zamanda bütün ölkələri cənginə alan virusun yayılma arealı və təsiri o həddə gəlib çatdı ki, Ümumdünya Səhiyyə Təşkilatı bunu pandemiya elan etdi. XXI əsrin bəlası kimi qiymətləndirilən bu pandemiya dünyanın sosial-iqtisadi mənzərəsini dəyişməklə yanaşı, ayrı-ayrı ölkələrin səhiyyə sistemlərini də sınağa çəkdi. Lakin pandemiya hələ də ölkələri təhdid etməkdə, bir nömrəli problem olmaqda davam edir. Sevindirici haldır ki, Azərbaycan mövcud vəziyyətdən çıxış yolu kimi əvvəldən elə bir yol tutdu ki, bu yol bir çox dünya ölkələri üçün nümunə oldu. Ölkəmizin koronavirusa qarşı tətbiq etdiyi strategiya, hadisələrə fərqli yanaşma böhranın təsirlərinin minimuma endirilməsində mühüm rol oynadı.
Hər şeydən əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə böhranın ilk yayıldığı dövrlərdə – baxmayaraq ki bununla bağlı heç bir dünya təcrübəsi yox idi – hadisənin ehtimal ediləcək miqyası təhlil olunaraq ciddi mübarizə tədbirlərinə başlanıldı. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılaraq məlumatlandırma, maaairfləndirmə və digər tədbirlərin bir mərkəzdən koordinasiyası həyata keçirildi və hazırda da bu iş davam etdirilir. İlk vaxtlardan vətəndaşların sağlamlığını qorumaq məqsədilə təhsil müəssisələrində dəsrlər dayandırıldı. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması ideyası isə, ölkə vətəndaşlarının həmrəylik nümayiş etdirməsi baxımından təqdirəlayiq hadisə idi. Halbuki dövlətin maliyyə resursları bunu yaratmadan da lazımi maddi dəstəyin göstərilməsinə imkan verirdi. Ancaq ilk olaraq həm dövlət başçısı, həm də Birinci vitse-prezidentin bir illik maaşları dəyərində vəsaiti fonda iadə etmələri, qısa müddətdə dövlət qulluqçularından tutmuş sahibkarlaradək, qeyri-hökumət təşkilatlarından tutmuş sadə vətəndaşlaradək hər kəsi bu ümumxalq yardımına qoşulmağa ruhlandırdı. Eləcə də ölkəmiz infeksiyanın yayılma riskinin qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı etdi. Ölkə başçısının təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü isə dünya mətbuatının əsas mövzusuna çevrildi.
Bir sözlə, Azərbaycan bu sahədə atdığı addımlarla qlobal məkanda bir daha özünü etibarlı tərəfdaş kimi tanıtdı.
Həmçinin cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın açılışında iştirak etdiyi “Yeni klinika” tibb müəssisəsini pandemiya ilə mübarizə məqsədilə xalqımızın xidmətinə verilməsi Prezidentimiz tərəfindən əhalinin sağlamlığının qorunmasına yüksək diqqət göstərməyinin bariz nümunəsidir.Eyni zamanda cənab Prezidentin göstərişi və bilavasitə nəzarəti ilə pandemiyaya qarşı mübarizədə əhalinin qorunmasına və iqtisadiyyatın bütün həssas sektorlarına dövlət dəstəyinin göstərilməsinə istiqamətlənən tədbirləri alqışlayırıq. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəinki Azərbaycan vətəndaşları, həmçinin beynəlxalq siyasətçilər tərəfindən yüksək dəyərləndirilir.
Eyni zamanda Cənab Prezidentimizin siyasətində gənclərə önəm verilməsi,onun nəticəsi kimi parlament seçkilərində namizədliklərinin irəli sürülərək xalq tərəfindən seçilməsi, dövlət qrumlarına gənclərin təyin olunması biz gəncləri işmizdə daha da əzmlə çalışmamıza həvəs yaradır
Sağlamlığımıza, həyatımıza, yaşamağımıza biganə qalmadığınız, hər bir vətəndaşa mərhəmət, sevgi, diqqət nümayiş etdirdiyiniz və bütün dünyəvi proseslərdə xalqın mənafeyini hər şeydən üstün tutduğunuz üçün sizə dərin minnətdarlığımızı bildiririk, çox hörmətli Prezidentimiz!
Səfa Xəlilov
Bakı şəhəri Etibar Şirəliyev adına
274 nömrəli tam orta məktəbin direktoru