Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan dövləti hər bir vətəndaşın yanındadır

22 may 2020 | 11:00

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronovirus pandemiyasının əhaliyə mənfi təsirini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz müsbət nəticələrini verir. Dövlətimiz məhz zəruri iqtisadi və maliyyə imkanlarına arxalanaraq daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib və göstərməkdədir.
   Yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərini həll etmək məqsədilə böyük məbləğdə vəsait ayrılmış, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 mindən çox insan dövlət tərəfindən dəstəklə təmin edilmiş, dövlət sektorunda işləyənlərin  əmək haqları tam ödənilmiş, koronovirus pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi göstərilmişdir.
   Dövlət başçısının qarşıya qoyduğu əsas vəzifələrdən biri də  aztəminatlı ailələrin problemlərinin daha geniş şəkildə həll olunmasıdır. Onun tapşırığı ilə aprel-may aylarında pandemiya nəticəsində işsiz qalan 600 min şəxsə ölkə üzrə yaşayış minimumu olan 190 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsi, işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və  işsizlikdən sığorta ödənişlərinin müddətinin uzadılmasının təmin edilməsi, özünüməşğulluq proqramının genişləndirilməsi, ünvanlı sosial yardım proqramının icra mexanizminin sadələşdirilməsi və bu proqramdan faydalanan ailələrin sayının artırılması  təmin edilmişdir.
  Hər bir Azərbaycan vətəndaşının sosial müdafiəsini daha da gücləndirmək  məqsədilə aparılan genişmiqyaslı tədbirlər, həyata keçirilən işlər Qaradağlılar tərəfindən böyük rəğbətlə qarşılanır.

Keçidlər