Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan pandemiyadan az itkilərlə çıxan ölkə kimi yaddaşlarda qalacaq

21 may 2020 | 11:00

   Koronavirusun bütün dünya üçün ciddi problemlər yaratması artıq heç kimə sirr deyil. Qlobal səviyyədə maddi və insan itkiləri çox böyükdür. Dünya səhiyyəsinin cəhdlərinə baxmayaraq, yeni növ koronavirusla mübarizədə insanların dövlətlər tərəfindən tətbiq olunan qayda-qanunlara, karantin rejiminə əməl etməsi bir nömrəli fakt olaraq qalır. Azərbaycanda da beynəlxalq tələb və tövsiyələrə uyğun olaraq koronavirusla mübarizədə zəruri addımlar atılıb. Fərəhləndirici haldır ki, sanitar-epidemioloji vəziyyətin nəzarətə alınmasında Azərbaycan müsbət mənada fərqləndi. Düşünülmüş siyasət, qabaqlayıcı tədbirlər nəticəsində digər məsələlərdə olduğu kimi, yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə çərçivəsində də bütün addımlar ölçülüb-biçilmiş şəkildə atıldı və bu tendensiya bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin vaxtında gördüyü genişmiqyaslı tədbirlər ölkənin vəziyyətdən az itkilərlə çıxmasına imkan yaratdı.Bütün bunların bəhrəsi olaraq Azərbaycan pandemiyadan az itkilərlə çıxan olkə kimi yaddaşlarda qalacaq. 
    Qısa müddət ərzində ölkə ərazisində COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr gətirilib, ölkə ərazisində 18 laboratoriyanın fəaliyyəti təmin edilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılıb. Respublika ərazisində bir çox 4 və 5 ulduzlu mehmanxanalar, sanatoriyalar və digər infrastruktur obyektləri karantin məqsədilə ayrılıb. Bunlarla yanaşı,Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə modul tipli yeni xəstəxanaların tikintisinə başlanılıb, mart ayının sonunda istifadəyə verilmiş “Yeni klinika” müasir tibb müəssisəsi koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb. Eyni zamanda, virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədilə qoruyucu maska 2 və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılıb.    
   Bütün bunlar Azərbaycan dövlətinin öz vətəndaşına qayğısının daha bir bariz nümunəsidir. Bu çətin günlərdə, yəni pandemiyaya qarşı mübarizə çərçivəsində reallaşdırılan tədbirlərin böyük bir qismi sosial sferanı əhatə edir. Belə ki, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq insanların sağlamlığını, sosial müdafiəsini təmin etmək, iş yerlərini, əməkhaqlarını qorumaq məqsədilə operativ tədbirlər görülür. Bu məqsədlə 2.5 milyard manat həcmində sosial paket həyata keçirilir.
   Bu gün də koronavirusun yayılması nəticəsində məktəblərin müvəqqəti olaraq fəaliyyətini dayandırdması ilə bağlı təhsil zəhmətkeşləri qarşısında şagirdlərin təlimtədrisdən qalmamasını təmin etmək vəzifəsi durur. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən martın 11-dən etibarən ümumtəhsil məktəblərin şagirdləri üçün televiziya dərslərinə başlamaq qərarı verilmişdi. “Mədəniyyət” və ARB “Günəş” kanallarında “Dərs vaxtı” proqramı çərçivəsində dərslər cədvələ uyğun olaraq gündəlik olaraq Azərbaycan və rus bölmələri üzrə yayımlanır. İndiyədək 277 teledərs çəkilib.
Vaxtında atılan addımlar, verilən müdrik qərarlar, həyata keçirilən layihələr bir daha sübut edir ki, möhtərəm Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xalqının rifahı onun üçün hər şeydən üstündür. Təxirəsalınmayan genişmiqyaslı tədbirləri, ölkə başçısının uzaqgörən fəaliyyətini, respublikamızın hər bir vətəndaşına göstərilən diqqət və qayğını minnətdarlıqla alqışlayırıq. Möhtərəm Prezidentimizin “Biz birlikdə güclüyük!” çağırışı ilə bu təhlükəli infeksiyaya qarşı mübarizədə Azərbaycan xalqı məsuliyyət, yüksək nizam-intizam və ən başlıcası, milli həmrəyliyə, hər cür fədakarlığa hazır olduğunu nümayiş etdirdi.    
    Türkdilli dövlətlərin liderlərinin videokonfransını keçirməklə cənab İlham Əliyev bu ümumbəşəri problemə qarşı birlikdə mücadilənin əhəmiyyətini bütün dünya siyasətçilərinə nümayiş etdirdi. Videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə bildirib ki, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada fəal rol oynayır.   
   Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bu yaxınlarda Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən videokonfrans formatında toplantıda koronavirusa qarşı mübarizə barədə müzakirələr aparıldığını, özünün də həmin toplantıda iştirak etdiyini, bu kimi addımları vacib hesab etdiyini vurğulayıb. ÜST-ün baş direktoru Azərbaycanın pandemiyaya qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirib.      
  Ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva da öz çıxışında qeyd edirdi: “Çətin sınaq günlərində xalqımız bir daha ən yaxşı xüsusiyyətlərini nümayiş etdirdi və bu, sonsuz təşəkkürə layiqdir. Biz öz Vətənimizin təhlükəsizliyinin qayğısına qalırdıq və qalırıq, təhlükəyə qarşı yenilməz birlik nümayiş etdiririk. Əziz həmvətənlərim, biz birlikdə xəstəliyin məhvedici dərəcədə tez yayılmasından öz evimizi qoruya bildik. Buna görə çox sağ olun!
  Bizim cəsarətli tibb işçilərimizə – həkimlərə, tibb bacıları və qardaşlarına, laborantlara, xəstəxana və klinikaların texniki heyətinə, gecə-gündüz insanların həyatı və sağlamlığı naminə mübarizə aparmağa davam edən hər kəsə bir daha səmimi və sonsuz təşəkkürümü ünvanlayıram. Polislərə və daxili qoşunların hərbi qulluqçularına dərin təşəkkürümü bildirirəm. Axı bu çətin günlərdə asayişi, təhlükəsizliyi və karantin tədbirlərinə əməl olunmasını məhz onlar təmin edirlər”.
   Asayişin təmin edilməsində yeni meyarlar var. Bunlar hesabatlılıq, şəffaflıq və vətəndaş məmnunluğudur. Görünən odur ki, ölkə vətəndaşları polisin fəaliyyətindən indi həmişəkindən daha çox məmnundur. Xüsusi karantin rejiminin icrasına nəzarət Daxili İşlər Nazirliyinin üzərinə qoyulduğundan o, indi əvvəllər icra etmədiyi vəzifələri də həyata keçirir. Müşahidələr və təhlillər göstərir ki, polis yeni vəzifələrin icrasına çox qısa vaxtda uyğunlaşa bilib. Bu isə illərlə məqsədyönlü şəkildə aparılan genişmiqyaslı institusional islahatların nəticəsində mümkün olub.
   Ölkəmizdə köklü islahatlar aparılır. Bu islahatlar demək olar ki, bütün sahələri əhatə edir. İqtisadi sahədə, maliyyə sektorundakı islahatlar, şəffaflıqla bağlı olan tədbirlər artıq öz gözəl nəticələrini verməkdədir. Ona görə struktur islahatları ilə bərabər, kadr islahatları da aparılır. Struktur islahatlarına gəldikdə, cəmiyyət bu islahatları yüksək qiymətləndirir. Prezident Administrasiyasının, Nazirlər Kabinetinin yeni strukturları təsdiq edildi, Milli Məclis yenidən formalaşdı. Bütün bunların bir məqsədi var: ölkəmizin uğurlu inkişafını təmin etmək, ölkədə mövcud olan gözəl ab-havanı qoruyub saxlamaq, gənc peşəkar kadrlara imkan vermək ki, onlar özlərini göstərsinlər. Ümumi idarəetmə işlərində vəziyyət müasir standartlara cavab verməlidir.
   Ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir. Bütün mötəbər beynəlxalq qurumlar bunu qeyd edir. Ölkəmizin çox gözəl beynəlxalq imici vardır. Təkcə oktyabr-noyabr aylarında ölkəmizdə baş vermiş hadisələr, keçirilmiş mötəbər tədbirlər onu göstərir ki, Azərbaycanın beynəlxalq nüfuzu nə qədər yüksəkdir və nə qədər beynəlxalq dəstək göstərilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü yüksək səviyyədə keçirildi və Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürmüşdür. Qoşulmama Hərəkatının Zirvə Görüşü yüksək səviyyədə keçirildi və 120 ölkənin dəstəyi ilə biz bu təşkilata sədr seçilmişik və üç il ərzində sədrlik edəcəyik. Dünya dini liderlərinin Zirvə Görüşü Azərbaycanda keçirilib və 70 ölkədən gəlmiş nümayəndələrin hər biri qeyd edirdi ki, Azərbaycan bu sahədə dünyada aparıcı rol oynayır.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət ölkəmizə və xalqımıza daha böyük gələcəyin real təminatıdır. Müstəqil Azərbaycan Respublikası daha işıqlı sabahlara doğru inamla yol getməkdə davam edir.
 

Samirə Musayeva
Bakı şəhəri Qaradağ rayonu Cəmil Niftəliyev adına
233 saylı tam orta məktəbin biologiya müəllimi,
biologiya üzrə fəlsəfə doktoru

 

Keçidlər