Şriftin ölçüsü :

Saytın rəngi :

Evdə qal, həyatları xilas et!

18 mart 2020 | 11:00

Ümumdünya Səhiyyə Təşkilatının  Azərbaycan nümayəndəliyi koronavirus infeksiyasının törədə biləcəyi təhlükəni nəzərə alaraq əhaliyə müraciət edərək bununla bağlı kampaniyaya başladığı “#evdəqal” həştəqi ilə insanları evdə qalmaqla həyatları xilas etməyə çağırıb: "Təşəbbüsə qoşulun, koronavirusa yoluxma riskinizi azaldın”


                       Qaradağ rayon İcra Hakimiyyəti də bu təşəbbüsə qoşularaq sakinlərə müraciət edir:


                                                                     Hörmətli sakinlər!


    Koronavirus infeksiyasının törədə biləcəyi təhlükəni nəzərə alaraq bildiririk ki, əgər sizdə yüksək hərarət olarsa 103-ə zəng edin. Xüsusi təyinatlı dəstə evinizə gələrək sizdən (əsnəkdən) boğazdan yaxma götürərək TƏBİB-in təyin etdiyi xüsusi laboratoriyalarda 1-3 gün ərzində müayinə edərək məlumat verəcəkdir. Bunun üçün nəqliyyatdan istifadə edərək ərazi poliklinikalarına getməyə ehtiyac yoxdur, çünki çölə çıxarkən hər an özün yoluxub başqasını da yoluxdura bilərsən.
                    

                                                “Evdə qal ki, həyatları xilas edə biləsən!”

 

Keçidlər