9 May - Faşızm üzərində Qələbənin 75-ci il dönümü
Koronavirus pandemiyası ilə əlaqədar Qələbə Gününün 75-ci ildönümü təntənəli bayram tədbirləri ilə qeyd olunmadığından veteranlarımız bu il fərqli formatda təbrik edilib.
Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə Qaradağ rayon sakinləri, Böyük Vətən Müharibəsi iştirakçısı Şevaldova Yekaterina İvanovna, Böyük Vətən Müharibəsi iştirakçısına bərabər Məlikov Məlik Əliqulu oğlu, İbrahimov Mustafa Mansur oğlu, Quliyev Sərdar Cəfər oğlu və 24 nəfər arxa cəbhə iştirakçıları evlərində ziyarət edilmiş, onlara bayram süfrəsi qurulub, həmçinin Heydər Əliyev Fondunun sovqatları çatdırılıb.
9 May - Qələbə Günü münasibətilə təbrik edilən Böyük Vətən Müharibəsi iştirakçısı Şevaldova Yekaterina İvanovnaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020) yubiley medalı təqdim edilib.
Veteranların hər biri Rayon İcra Hakimiyyəti tərəfindən göndərilmiş təbriklər, ərzaq və maddi sovqatlar çatdırılmışdır. Veteranları ziyarət edən məsul şəxslər onların gündəlik qayğıları ilə maraqlanıb və onlara can sağlığı arzulayıblar. Veteranlarla söhbətlərdə qeyd edilib ki, bu gün Azərbaycan rəhbərliyi veteranlara böyük diqqət və qayğı göstərir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “1941-1945-ci illərdə İkinci Dünya Müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, birdəfəlik maddi yardım verilməsi haqqında” 2020-ci il 24 aprel tarixli Sərəncamını veteranların xüsusi diqqət ilə əhatə olunduqlarının təzahürüdür.
Qaradağ rayon İcra Hakimiyyətinin məsul şəxsləri ölkədə davam edən karantin rejimi şəraitində də veteranlara xüsusi qayğının göstərildiyini qeyd ediblər.
Öz növbəsində Böyük Vətən Müharibəsinin veteranları göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə xüsusi təşəkkürünü bildirdilər.