Şriftin ölçüsü :

Saytın rəngi :

Sahil qəsəbəsində ərzaq sovqatları paylanıb

06 may 2020 | 11:00

Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti sosial aksiyaları gündəlik davam etdirir. Holcim Azərbaycan ASC da Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən sosial aksiya qoşularaq, Sahil qəsəbəsində yaşayan 50 aztəminatlı ailələrlə görüşüb və onlara ərzaq sovqatı paylayıb.
   Aksiya zamanı sakinlərin nəzərinə bir daha çatdırılıb ki, koronavirus infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində 31 may 2020-ci il tarixədək 65 yaşdan yuxarı şəxslərin evdən çıxışı qadağan edilib, yaxın təmasları azaltmaq məqsədi ilə insanların fərdi evlərindən və mənzillərindən çıxışı isə xüsusi qaydalarla tənzimlənməklə məhdudlaşdırılıb. Qeyd edilib ki, vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib və bildirilib ki, hər bir yaranmış çətinliklə bağlı   Rayon İcra Hakimiyyətinin qaynar xəttinə zəng edə bilərlər.
    Sovqatları qəbul edən vətəndaşlar bu nəcib aksiyaya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər