Qonaqların qəbulu
Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə keçirilən ““Xocalıya ədalət” kompaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” adlı beynəlxalq konfransa dəvət edilmiş qonaqlar: ölkəmizdə fəaliyyət göstərən Türkiyə, Qırğızıstan, Ukrayna dövlətlərinin səfirliklərinin nümayəndələri, Türkiyədən gəlmiş siyasi elmlər üzrə fəlsəfə doktoru Tayfun Atmaca, Ahıska Türk Dərnəkləri Federasiyasının Baş katibi Ertan Topçu, Türk Dünyası İnsan Hüquqları Təşkilatının sədri Abdullah Buksur, Bolqarıstandan gəlmiş Beynəlxalq İnsan Hüquqları üzrə ekspert Zəkiyə Həbib, Makedoniyadan gəlmiş tədqiqatçı Sezen Seyfullah, Moldovadan gəlmiş Ekatrine Petkoviç, Ukraynadan gəlmiş Taras Şevçenko adına Kiyev Milli Universitetinin dosenti, tarix elmləri namizədi Oleq Kupçik və Andjey Modjevskiy adına Krakov Akademiyasının professoru, Kiyev Milli Linqvistik Universitetinin hüquq fakültəsinin müdiri Aleksandr Merejko Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov tərəfindən rayon İcra hakimiyyətində qəbul edilmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qonaqlara Qaradağ rayonu haqqında ətraflı məlumat vermişdir.