Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda təmizlik-abadlıq işləri davam etdirilir

03 may 2020 | 11:00

   03 may 2020-ci il tarixində bütün ölkədə olduğu kimi, Qaradağ rayonunda da abadlıq, təmir, bərpa və yaşıllaşdırma işləri aparılmışdır. Bakı-Ələt (Astara) magistral avtomobil yolunun kənarlarında, qəsəbələr arası yolların kənarlardında, bütün qəsəbələrində alaqların vurulması, qurumuş ağacların yerinə yeni ağacların əkilməsi, yaşıllıq zolaqlarının bərpası, yaşıllıqlara aqrotexniki qulluq göstərilmə işləri görülmüşdür.
   Bununla yanaşı müxtəlif ünvanlarda iməciliklər təşkil edilmiş, ətraf ərazilər tullantılardan təmizlənmişdir.
  Mütəmadi olaraq ekoloji durumun mühafizəsi və ətraf mühitin yaxşılaşdırılması işləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin prioritet məqsədlərindən biridir.
   Son illər ərzində Qaradağ rayonunda ekoloji durumun mühafizəsi və ətraf mühitin yaxşılaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir, geniş abadlaşdırılma işləri görülür.
   Mövsüm ərzində Qaradağ rayonunda abadlıq, təmir, bərpa və yaşıllaşdırma işlərinin davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər