Şriftin ölçüsü :

Saytın rəngi :

“Biz birlikdə güclüyük” aksiyası çərçivəsində Qaradağ rayonunda ərzaq sovqatları paylanıb.

02 may 2020 | 11:00

    “Biz birlikdə güclüyük” aksiyası çərçivəsində Qaradağ rayonunun qəsəbələrində aztəminatlı ailələrə ərzaq sovqatları paylanılıb. Aksiya eyni zamanda Qaradağ rayonunda aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri əhatə edib.
    Layihə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlətin həyata keçirdiyi tədbirlərə dəstək məqsədi daşıyır. 
 Ərzaq sovqatları Heydər Əliyev Fondun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) “150” Çağrı mərkəzinə və yeni istifadəyə verilən www.bizbirlikdegucluyuk.az portalına daxil olan müraciətlər əsasında ünvanlara göndərilir.
  Portal karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyalardan olan ailələrlə onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək, bu işdə vətəndaş həmrəyliyini genişləndimək məqsədilə yaradılıb

Keçidlər