Şriftin ölçüsü :

Saytın rəngi :

“Meyvəli” MMC Qaradağ rayonunda aztəminatlı ailələrə ərzaq sovqatı göndərdi

27 aprel 2020 | 11:00

     Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti sosial aksiyaları davam etdirir.
   Aksiya çərçivəsində 25-26 aprel 2020-ci il tarixlərində Meyvəli MMC tərəfindən karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrin hər birinə  10 kq kartof və 5 kq soğandan ibarət 1000 ədəd sovqat göndərib.

Keçidlər