Milli Məclisin deputatı Səbinə Xasıyeva Qaradağ rayonunun 3 qəsəbəsində aztəminatlı yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrlə görüşüb, onlara ərzaq sovqatı paylayıb
Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti sosial aksiyaları gündəlik davam etdirir. Milli Məclisin deputatı Səbinə Xasıyeva da Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən sosial aksiya qoşularaq, Lökbatan, Puta və Korgöz qəsəbələrində yaşayan 15 aztəminatlı ailələrlə görüşüb və onlara ərzaq sovqatı paylayıb.
Görüş zamanı bildirib ki, koronavirus infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində 20 aprel 2020-ci il tarixədək 65 yaşdan yuxarı şəxslərin evdən çıxışı qadağan edilib, yaxın təmasları azaltmaq məqsədi ilə insanların fərdi evlərindən və mənzillərindən çıxışı isə xüsusi qaydalarla tənzimlənməklə məhdudlaşdırılıb. Qeyd edib ki, vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib və bildirilib ki, hər bir yaranmış çətinliklə bağlı Rayon İcra Hakimiyyətinin qaynar xəttinə zəng edə bilərlər.
Sovqatları qəbul edən vətəndaşlar bu nəcib aksiyaya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.