“Xocalıya Ədalət” kampaniyası: “Siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” mövzusunda dəyirmi masa
Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə keçirilən ““Xocalıya ədalət” kompaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” adlı beynəlxalq konfrans iştirakçıları tədbirin birinci hissəsindən sonra dəyirmi masa ətrafında toplaşmışlar.
Ukrayna və Polşa nümayəndəsi, Andjey Modjevski adına Krakov Akademiyasının professoru, Kiyev Milli Linqvistik Universitetinin hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Aleksandr Aleksandroviç Merejko “Genisodin beynəlxalq hüquqda problematikası”, Türkiyənin İnsan haqları dərnəyinin başqanı, tədqiqatçı Abdullah Buksur “Etnik təmizləmə və soyqırım siyasəti”, Makedoniyalı tədqiqatçı Sezen Seyfullah “Dağlıq Qarabağın işğalı və onun nəticələri”, Moldovalı tədqiqatçı Ekatrine Petkoviç “İşğal aktı və insan hüquqları”, Çankırı Universiteti Avrasiya Strateji Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Türkiyəli Reha Yılmaz “Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında Türkiyə mətbuatının rolu”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəza Həsənov “Xocalı soyqırımı: tarixi və siyasi aspektlər kontekstində” mövzularında çıxışlar etmişlər.
Hər bir çıxış edən öz nitqində terrorun dininin və milliyyətinin olmadığını, erməni millətçiləri tərəfindən törədilmiş Xocalı faciəsini təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı vəhşilik kimi qiymətləndirmişdir.