65 yaşdan yuxarı olan sakinlərə yardım edilir
01 aprel 2020 | 11:00
Qaradağ rayon icra hakimiyyəti tərəfindən təşkil olunmuş könüllülərdən ibarət qrup Lökbatan qəsəbəsində yaşı 65-dən çox olan və tənha yaşayan 10 nəfər sakinə evlərində baş çəkərək ərzaq yardımı ilə köməklik göstəriblər. Növbəti günlərdə bu yardım digər qəsəbələrdə də davam etdiriləcək.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan könüllülər bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edirlər.