Xüsusi karantin rejiminin tələblərinə əməl olunması üçün mobil qruplar qəsəbələrdə
Qaradağ rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq sanitar-epidemioloji normalara əməl olunması üçün Qaradağ Rayon İcra Hakimiyyətində mobil qruplar yaradılmışdır. Bu qruplara könüllü olaraq rayon fəal qadınları da qoşulmuşlar.
Onlar rayonun bütün qəsəbələrində sakinlərlə görüşür və maarifləndirmə işləri aparırlar. Sakinlərə izah edirlər ki, bu günlər Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminə tabe olmaq lazımdır.
Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək özünütəcrid tədbirlərinə uyğun davranmaq yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontakta olmaq tövsiyə edilir.
Xatırladaq ki, artıq bir neçə gündür ki, rayon ərazisindəki bütün istirahət parklarının girişləri bağlanılmış və parklara giriş məhdudlaşdırılmışdır. Qəsəbələrdə yaradılmış abad məhəllələrdə sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan uşaq-əyləncə və idman qurğularından da istifadəyə qadağa qoyulub.
Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən ictimai-iaşə obyektlərinin işinə nəzarət gücləndirilib və diqqət mərkəzində saxlanılır.
Bütün təbliğat, maarifləndirmə və dezinfeksiya işlərinin aparılması gün ərzində davam etdirilir.