Qaradağ Rayon İcra Hakimiyyətinin 2019-cu ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
19 fevral 2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin 2019-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 13 yanvar 2020-ci il tarixli iclasında və 03 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransındakı nitqlərindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.
Yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Tağı Tağıyev, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Tağı Tağıyev, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Hesabat məruzəsi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 13 yanvar 2020-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətləri vurğulayaraq, keçən 2019-cu il respublikamızda olduğu kimi, Bakının Qaradağ rayonunda da davamlı sosial-iqtisadi inkişaf təmin edilmiş, bir sıra layihələr uğurla həyata keçirildiyini bildirdi. Ölkə başçısının paytaxtın və onun rayonlarının hərtərəfli inkişafı ilə bağlı həyata keçirdiyi siyasətin növbəti hədəfləri barədə məlumat verdi.
Qeyd olundu ki, 2018-ci ilin ən mühüm hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin Qaradağ rayonuna səfərləri olmuşdur. Mühüm əhəmiyyətə malik olan bu səfərlər ölkəmizin, eləcə də Qaradağ rayonunun inkişafında davamlı ənənələrin, dayanıqlı inkişafın və müasirləş-mənin yeni bir mərhələsini nümayiş etdirməklə yanaşı, regionda uğurla həyata keçirilən böyük layihələrin əhəmiyyətli nəticələrinin beynəlxalq aləmdə diqqət mərkəzinə çəkilməsinə geniş imkan yaratdığı qeyd edildi.
Natiq qeyd etdi ki, Prezident İlham Əliyevin ötən ilin əvvəlində yerli icra strukturlarına verdiyi tapşırıqların Qaradağ rayonunda bütünlüklə və ardıcıl icrası ilin uğurla başa çatdırılması təmin edilib.
Məruzə ətrafında müzakirələrdə rayon ərazisində yol infrastrukturu sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə dair Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Bakı 10 nömrəli yol istismarı MMC-nin direktoru Mübariz Paşayev, rayon əhalisinin məşğulluğunun təmin edilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrə dair” Qaradağ rayon Məşğulluq Mərkəzinin direktoru Kamal Hacıyev çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdilər.
Zalda quraşdırılmış mikrofonlardan rayonun sosial həyatında aktıv iştirak edən rayon sakinləri görülmüş işlər, qarşıda duran məsələlər barədə öz fikirlərini söylədilər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının “Ərazi-təşkilat məsələləri üzrə şöbəsi”nin sektor müdiri Tağı Tağıyev yığıncaqda çıxış edərək, 2019-cu ildə ölkəmizdə bütün sahələrdə əldə olunmuş uğurlar haqda ətraflı məlumat verərək 2020-ci ildə Qaradağlılara böyük uğurlar arzuladı.
Hesabat göstəricilərinə yekun vuran Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Süleyman Mikayılov qeyd etdi ki, əldə olunmuş uğurlar yeni nailiyyətlər üçün möhkəm zəmin yaradılıb.
Müzakirələrdən sonra cari ilin konkret hədəflərini əks etdirən qərar qəbul olundu. Toplantı iştirakçıları adından Prezident cənab İlham Əliyevə ünvanlanan müraciətdə rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq, qaradağlıların quruculuq əzmi ifadə olundu.