Qaradağ rayonunda “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirildi
11 fevral 2020-ci il tarixində Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsləhətçisi Elvin Abbasov, aparatın şöbə müdirləri, bələdiyyə nümayəndələri, təhsil və səhiyyə müəssisələrinin nümayəndələri iştirak etdilər.
Açılış nitqi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, ölkə başçısı tərəfindən səhiyyə sistemində son illər aparılan uğurlu islahatların davamı kimi respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini qeyd edib.
Daha sonra çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsləhətçisi Elvin Abbasov icbari tibbi sığorta sisteminin mahiyyəti, xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığorta haqları, sığorta olunanların, eləcə də sığortalıların hüquq və vəzifələri barədə məlumat veriblər.
Sonda tədbir sual-cavab formatında davam etdirildi.