“Gənc nəsil və mənəvi-əxlaqi dəyərlər” adlı layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
Dekabrın 17-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Qaradağ rayonu Lökbatan qəsəbə məscidi dini icmasının “Gənc nəsil və mənəvi-əxlaqi dəyərlər” adlı layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov, Lökbatan qəsəbə məscidi dini icmasının sədri Faiq Əhmədov və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri F.Əhmədov dini maarifləndirmə işinin əhəmiyyətindən, gənclər arasında radikal dini təbliğata qarşı mübarizənin vacibliyindən söz açıb.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinin vacibliyindən, gənclərin layiqli vətəndaş və şəxsiyyət kimi formalaşmasında milli-mənəvi dəyərlərin oynadığı mühüm roldan bəhs edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.