Şriftin ölçüsü :

Saytın rəngi :

05 dekabr – Beynəlxalq Könüllülər Günü

05 dekabr 2019 | 11:00

   05 dekabr C.Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbində  – Beynəlxalq Könüllülər Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, əməkdaşları, rayon qeydiyyat şöbəsinin müdiri, könüllülər, rayon gəncləri iştirak etmişdir.
   Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Təranə İsmayılova  Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulduğunu bildirmişdir.
   Eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2019-cu il tarixli, № 1354 sərəncamı ilə İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis edildiyi haqqında tədbir iştirakçılarına məlumat verdi.
Bu məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlandığını qeyd etdi.
   Daha sonra çıxış edən natiqlər Son illərdə ölkəmizin ev sahibliyi etdiyi "Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1” və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü cəlb olunduğunu, bunun nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazasının formalaşdığını bildirdilər. Qazanılmış uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolunun danılmaz olduğunu qeyd etdilər. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində yuxarıda qeyd edilən mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyəti yüksək və professional səviyyədə təşkil edildiyi bildirilmişdir.
   Sonda könüllülərə sertifikatlar, könüllük fəaliyyəti dövründə bilik və bacarıqlarının qiymətləndirilməsində yüksək nəticə əldə etmiş könüllülərə isə əlavə olaraq hədiyyələr təqdim edildi.
   Tədbir C.Qaryağdıoğlu adına 9 nömrəli və 28 nömrəli məktəbinin şagirdlərinin təşkil etdiyi musiqi proqramı ilə yekunlaşdı.

 

Keçidlər