Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxt rayonlarında ağacəkmə aksiyaları keçirildi

06 dekabr 2019 | 11:00

   Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gün ərzində 650 min ağacın əkilməsi bağlı təşəbbüsünə uygun olaraq Azərbaycanın hər yerində olduğu kimi paytaxtımız Bakı şəhərində də geniş miqyaslı ağacəkmə kampaniyaları təşkil olunmuşdur. Aksiyanın əsas məqsədi şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır. Qaradağ rayonunda əsas magistral yol boyunca olan ərazidə keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Bakı Şəhər və Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşları, departament, idarə və təsərrüfat xidmətlərinin işçiləri, ümumilikdə 1000 nəfərə qədər insan iştirak edərək 2000-dən çox yeni ağac, əsas etibarı ilə Eldar şamı, kiparis, zeytun və iqlimə uyğun olan digər ağaclar əkmişlər. Tanınmış mədəniyyət xadimləri və özfəaliyyət kollektivlərinin nümayəndələri tədbiri rəngarəng etmişlər.
   Bu mühüm aksiyaya hazırlıq dövründə ağacların əkini üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənmiş, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilib.
  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Nəsimi ilində 650 min ağacın əkilməsi ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması istiqamətindəki dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq ölkəmizdə yaşıllıqların daha da artırılmasına, bütün bəşəriyyət üçün qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcəkdir.
   Gün ərzində bu aksiya paytaxtın bütün rayonlarında davam etmişdir.

Keçidlər