Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotiklərə qarşı mübarizəyə qoşul”

04 dekabr 2019 | 11:00

   04 dekabr 2019-cu il tarixdə Çeyildağ qəsəbəsindəki 224 № li məktəbdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın təşkilatçılığı ilə “Narkotiklərə qarşı mübarizəyə qoşul” mövzusunda toplantı və rəsm sərgisi keçirildi. Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi  Elçin Abbasov, rayon İH-nin yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın məsul katibi Ruslan İsmayılov, Qaradağ rayon Polis İdarəsinin azyaşlılar bölməsinin rəis müavini polis mayoru Ramil Hacıyev, psixoloq Aysel Həmidova, 224 № li məktəbin direktoru Aydın İsrafilov, müəllim və şagirdlər iştirak edirdi.
  Tədbiri giriş sözü ilə açan rayon komissiyanın üzvü,  rayon Gənclər və İdman İdarəsinin rəisi  E.Abbasov dəyirmi masanın keçirilməsində məqsədin bəşəriyyət üçün faciəyə çevrilən narkomanlıq və digər zərərli vərdişlərə qarşı mübarizədə hər kəsi fəal olmağa, ictimaiyyəti bu sahədə maarifləndirməyə səsləmək olduğunu bildirdi. O, zərəli vərdişlərin mənfi fəsadları, onların həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza zidd bir həyat tərzi olması barədə komissiya tərəfindən görülən işlərdən və aparılan maarifləndirmə tədbirlərindən danışdı. Rayon İcra Hakimiyyətinin təmsilçisi R.İsmayılov çıxış edərək narkomanlığa qarşı mübarizə sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə imzalanmış “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqram”ın icrası ilə bağlı görülməsi vacib oilan işlərdən danışdı. Digər çıxışçılar, polis mayoru Ramil Hacıyev, psixoloq Aysel Həmidova, məktəbin müəllimi Ruqiyyə Şahverdiyeva narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkotiklərin doğurduğu faciələrdən söhbət açaraq  narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi haqqında lazımi tövsiyyələr verdilər. Yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən, o cümlədən narkomanlıqdan və onların fəsadlarından danışıldı,  həmin neqativ halların vaxtında aradan qaldırılması yolları iştirakçıların nəzərinə çatdırıldı.
   Daha sonra toplantı iştirakçılarının təklifləri dinlənildi və onları maraqlandıran suallara cavablar verildi.
   Tədbirin sonunda şagirdlərə məlumatlandırıcı broşürlər və bukletlər paylandı.

Keçidlər