Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini təmsilçilər və cəmiyyət” mövzusunda seminar-treninq keçirilmişdir

22 fevral 2013 | 11:00

21 fevral 2013-cü il tarixində Ələt qəsəbə məscidində dini icma üzvləri və qəsəbə dindarları ilə  “Dini təmsilçilər və cəmiyyət” mövzusunda seminar-treninq  keçirilmişdir.
Seminarda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Ələt qəsəbəsi üzrə nümayəndəsi Nizami Mehdiyev, Ələt bələdiyyəsinin sədri Azad Musayev və Ələt qəsəbə məscidinin imamı Hacı Mirağa iştirak etmişlər.   
Seminarda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov “Dini təmsilçilər və cəmiyyət” mövzusunda çıxış edərək Azərbaycan dövlətinin inkişaf tarixinə nəzər salınmış, ümummilli lider Heydər Əliyevin yaratdığı əsaslar üzərində hörmətli Prezidentimiz cənab İlham Əliyevin dövlətimizin məharətlə inkişafını təmin etməsi vurğulanmışdır.
Daha sonra Bu gün Azərbaycanın dünyəvi bir dövlət olması, eyni zamanda milli-mənəvi dəyərlərimizə yüksək önəm verilməsi, bunun nəticəsi olaraq Azərbaycanda dini tolerantlığın hökm sürməsi iştirakçıların nəzərinə çatdırılmışdır. Milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərə sintezi haqqında da geniş danışılmışdır.
O da qeyd olunmuşdur ki, dinimizə göstərilən bu isti dövlət qayğısından, dindarlara yaradılan sərbəst imkanlardan kimsə sui-istifadə edə bilməz, bu, qanunla qadağandır. Hər kəs bilməlidir ki, xarici dini təsirlərin ölkəmizə dağıdıcı hərəkətlərində vasitəçilik yolverilməzdir. Dini mərasimlərdə, dini ayinlərin yerinə yetirilməsi zamanı dini təmsil edən şəxslər xalq arasında, ictimaiyyət arasında daha çox olurlar və müxtəlif zümrələrin nümayəndələri ilə ünsiyyət yaradırlar. Belə görüşlərdə dindarlarımız daha məsuliyyətli olmalı və milli-mənəvi dəyərlərimizin ruhuna uyğun söhbətlər aparmalı, mövhumata çağırışdan, qaraguruh mövzulardan uzaq olmalı, insanları, əsasən gəncləri düzgün istiqamətləndirməlidirlər.
Çıxışlar bitirdikdən sonra Munis Bayramov dindarları maraqlandıran suallara aydınlıq gətirmiş və maraqlı məsələləri ətraflı şərh etmişdir.

Keçidlər