Qaradağ rayonunun Sahil qəsəbəsində aztəminatlı ailələrin gözlərində problem olan uşaqlarına təmənnasız tibbi müayinə keçirilmişdir
22 fevral 2013-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının və “Müşfiq” əlil uşaqlara yardım ictimai birliyinin təşəbbüsü ilə “Xəzər Qayğıkeşlik Layihəsi” humanitar təşkilatı tərəfindən Qaradağ rayonunun Sahil qəsəbəsində aztəminatlı ailələrin gözlərində problem olan uşaqlarına təmənnasız tibbi müayinə keçirilmişdir.
Qeyd olunan tədbirdə rayonun aztəminatlı ailələrindən gözlərində problem olan 50-yə yaxın uşaq tibbi müayinədən keçmiş və onlara lazımi tibbi yardım göstərilmişdir.
Müayinəni həkim oftalmoloq İlahə Tağıyeva və həkim rezident Jalə Nəsirova həyata keçirmişlər.
Uşaqların valideynləri keçirilən bu xeyirxah mərasimə görə ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə və tədbirin təşkilatçılarına təşəkkürlərini bildirmişlər.