Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda "sahibkarların maarifləndirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılması"na dair işgüzar forum keçirib

04 oktyabr 2019 | 11:00

4 oktyabr 2019-cu il tarixində Qaradağ rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və Qaradağ RİH-nin birgə təşkilatçılığı ilə Qaradağ rayonunda "sahibkarların maarifləndirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılması"na dair işgüzar forum keçirib.
    Keçirilən forumda  Qaradağ RİH başçısı Süleyman Mikayılov, Iqtisadiyyat Nazirinin müavini Sahib Məmmədov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Samir Hümbətov və rayon üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəhbərləri iştirak ediblər.
    İşgüzar forumda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək qeyd edib ki, indiyədək Qaradağ rayonunda 2 logistik mərkəz,1 spirtli məhsullar istehsalı müəssisəsi,6 tikinti materialları istehsalı müəssisəsi,1 mebel istehsalı müəssisəsi və 3 digər müəssisə tipli layihələr maliyyələşdirilmişdir
     Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.

 

 

Keçidlər