Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirilmişdir
01 oktyabr 2019-cu il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda rayon İcra hakimiyyəti başçısı yanında Şura üzvləri, rayon İcra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri də daxil olmaqla 96 nəfər iştirak edirdi.
Şurada Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının yanında Şuranın yeni Şura üzvlərinin tərkibinin təsdiq edildi. Qaradağ rayonunun təsərrüfat və kommunal xidməti sahələrinin 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlığı barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradovun, Qaradağ rayonunun təhsil və səhiyyə müəssisələrinin cari vəziyyəti haqqında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılovanın, Azərbaycan Respublikasında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işlərinin təşkili barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatı Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rövşən Səməd-zadənin məruzələri dinlənildi.
Məruzələr ətrafında çıxışlar bitdikdən sonra Şura iştirakçılarının gündəlikdə duran məsələlər barədə, həmçinin rayonun sosial-iqtisadi inkişafının və infrastrukturun cari vəziyyəti ilə bağlı sualları, rəyləri və təklifləri dinlənildi. Məruzələrdə qaldırılan məsələlərə, eləcə də, vətəndaşların problemlərinə həssaslıqla yanaşılması və onların həlli istiqamətlərində zəruri addımların atılması və Qaradağ rayonunun qəsəbələrində payız-qış mövsümündə bütün tədbirlərin görülməsi üçün Rayon İcra Hakimiyyətinin başçısı, Şuranın Sədri S.Mikayılov tərəfindən müvafiq tapşırıqlar verildi. Gündəlikdəki məsələlərə dair Şuranın qərar layihələri oxunaraq, müvafiq rəylər və təkliflər nəzərə alınmaqla qəbul edildi.