Şriftin ölçüsü :

Saytın rəngi :

“Əlillərin və Sağlamlıq İmkanları Məhdud olan İnsanların Hüquqlarının Müdafiəsi və Onların cəmiyyətə inteqrasiyası” layihəsi çərçivəsində seminar keçirilmişdir

21 fevral 2013 | 11:00

19 fevral 2013-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində YAP Qaradağ rayon Təşkilatında Azərbaycan Milli QHT Forumunun “Əlillərin və Sağlamlıq İmkanları Məhdud olan İnsanların Hüquqlarının Müdafiəsi və Onların cəmiyyətə inteqrasiyası” layihəsi çərçivəsində seminarı həyata keçirilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov tədbiri giriş sözü ilə açaraq tədbirin mahiyyəti haqqında iştirakçılara məlumat verdi. Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək layihənin məqsədinin əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək, həmçinin onların ləyaqətinə hörmət edilməsini təmin etmək və eyni zamanda onların hüquqlarının qorunmasını təşkil etməkdən ibarət olduğunu bildirdi. Layihədə əsasən əlilliyi olan uşaqlar və onların ailələri, sağlamlıq imkanları məhdud olan insanlar, o cümlədən müvafiq dövlət, icra və bələdiyyə qurumları, hüquq mühafizə orqanları, vətəndaş cəmiyyəti və media, eləcə də bütövlükdə ictimaiyyət faydalanacaqdır.
Layihə çərçivəsində həyata keçiriləcək seminarlar və maarifləndirmə tədbirləri nəticəsində nəzərdə tutulmuş əlilliyi olan insanların sosial, hüquqi, psixoloji, mənəvi və fiziki hüquqlarının qismən təmin olunaraq yerlərdə, dövlət idarələrində, mənzil-kommunal xidməti müəssisələrində,bələdiyyələrdə, icra hakimiyyəti idarələrində və digər qurumlarda əlilliyi olan insanların mənafelərinin və hüquqlarının qorunması hallarına daha həssas yanaşılacaq.                                                                               

Tədbir zamanı həmçinin sağlamlıq imkanları məhdud olan insanların şikayətləri də dinlənilib.

Keçidlər