Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun sədrliyi ilə müşavirə keçirilib

03 sentyabr 2019 | 11:00

   03 sentyabr 2019-cu il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun sədrliyi ilə müşavirə keçirilib.
   Müşavirədə Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, xidmət sahələri (MKTB, qaz, su, istilik) və aidiyyəti idarə, müəssisəsi, təşkilat rəhbərləri iştirak ediblər.
   Müşavirədə 2019-2020-cu illərin payız-qış mövsümünə hazırlığın yekunu, qış mövsümü ərzində mövcud parkların, abad məhəllələrin və yaşıllıqların qorunub saxlanılması, həmçinin Qaradağ rayonu ərazisində sənədsiz evlərin sənədləşdirilməsi, əhalinin siyahıya alınması ilə bağlı görülmüş hazırlıq işləri geniş müzakirə olunub.
   Müşavirədə payız-qış mövsümünə hazırlığın daim diqqət mərkəzində saxlanıldığını qeyd edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qarşıya qoyulan vəzifələrin icrası məqsədilə təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini nəzərə çatdıraraq, payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon üzrə xidmət sahələrinin payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirdiyi monitorinqlər nəticəsində ortaya çıxan problemlərin həlli istiqamətində görüləcək işlərin yekunlaşdırılmasını diqqətə çatdırıb.
  Müşavirədə qeyd edilib ki, rayonda çoxmənzilli yaşayış binalarının giriş qapıları, blokların və dam örtüklərinin təmiri, ümumi istifadə yerlərinin, blok pəncərələrinin şüşələnməsi, yaşayış binalarında, məktəbəqədər və orta təhsil müəssisələrində, səhiyyə ocaqlarında, sosial obyektlərdə istilik sistemlərinin saz vəziyyətə gətirilməsi məsələlərinin aidiyyəti təşkilatlar tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır. Eyni zamanda, rayonda aparılan abadlıq, quruculuq və yenidənqurma işləri barədə ətraflı məlumat verilib.
   Xüsusi qeyd edilib ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən paytaxtda qış mövsümünə hazırlıqla bağlı tədbirlər həyata keçirilməli, rayonda genişmiqyaslı quruculuq və abadlıq işləri davam etdirilməlidir.
   Xüsusi olaraq Qaradağ rayonu ərazisində sənədsiz evlərin sənədləşdirilməsi istiqamətində görülmüş işlər müzakirə olunub və təhlillər aparılıb, əhalinin siyahıya alınması ilə bağlı görülmüş hazırlıq işlərinin yekunu vurulub. Qəsəbələr üzrə görülmüş işlər barədə hesabatlar verilib.
   Müşavirəyə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov 2019-2020-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı işlərin müəyyən olunmuş qrafik üzrə aparıldığını, hazırlıqla bağlı rayonun bütün təsərrüfat obyektlərində çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülməsini, mövcud vəziyyətin təhlil edilib və hazırlıq işlərinin gedişatı ilə bağlı hər hansı ciddi bir problemin dərhal aradan qaldırılmasını və sakinlərin qış fəslində rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin yüksək səviyyədə həyata keçirilməsini xüsusi tapşırdı.

Keçidlər